8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
AŞ PA-ya qarşı Azərbaycan Nümayəndə Heyəti çoxhaqlı qərar verdi – bu qərəzli qurumla əməkdaşlığıdayandırdı. AŞ PA Azərbaycana problem yaratmaq, ölkəmizigözdən salmaqdan başqa heç nə etməyib və ölkəmizə qarşı daim qərəzli möqe tutub. Bizə qarşı səslənən ittihamların heç bir sübutu yoxdur. Azərbaycan Nümayəndə Heyətinin bəyanatında da qeyd edildiyi kimi, “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamadı. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüquq norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, Azərbaycana qarşı əsassız sözlər danışırlar.Azərbaycan isə özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən də bunu gözləyən dövlətdir. Bakı Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə destruktiv siyasəti onu gözdən salır və ona inamı sıfra endirir.Böyük qələbəmizi həzm edə bilməyən AŞ PA artıq mövcud olmayan Dağlıq Qarabağ ifadəsindən istifadə etməklə destruktivlik nümayiş etdirir. Etnik ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsilə bağlı həqiqəti təhrif etməyə çalışır. Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın göz qarşısında sərgilənirdi. Amma AŞ PA yenə həqiqəti görmək və eşitmək istəmədi.Belələrindən biri də almaniyalı deputat Frank Şvabedir. Bizə qarşı təklifin almaniyalı deputat Frank Şvabe tərəfindən səslənməsi isə təsadüfi deyil. Fransa və Almaniya bu gün Azərbaycan əleyhinə tandem şəklində çıxış edir. Almaniyalı deputat Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ilə bağlı qərəzli təklifi dəstəklənib və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu təşəbbüsü dəstəkləyən alman deputat və həmkarları məsələni insan haqları baxımından izah etməyə çalışsalar da, bunun insan haqları ilə heç bir əlaqəsi olmadığı aydındır.Bundan əlavə, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşları olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və sifariş kimi qiymətləndirilməlidir. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞ PA ilə əməkdaşlığın dayandırılması və qurumun ölkəmizə qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra edə bilməz. Bu səbəbdən də belə təşkilatla əməkdaşlıq edə bilmərik. AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin varlığı göz önündədir. Bu qurum heç vaxt Azərbaycana səmimi münasibət göstərməyib və tribunalarında zaman-zaman ölkəmizə qarşı səsləndirilən iftiraların şahidi olmuşuq.Qeyd etdiyim kimi 44 günlük Vətən müharibəsinin nəticələri Avropanın bəzi dövlətlərini ciddi narahat edir. Xüsusilə də Azərbaycanın separatizmə son qoyaraq ərazisinin bütövlüyünü bərpa etməsi “Köhnə dünya”dakıların geosiyasi ambisiyalarını suya salıb. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində apardığı müzakirələrdən, qəbul edilən qətnamələrin kağız üzərində qalmasından sonra müstəqil surətdə öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi bir çox dövlətlərin marağına uyğun gəlməyib.Əminliklə deyə bilərik ki, AŞPA bəzi beynəlxalq qurumlar kimi siyasi təzyiq aləti rolunu oynamağa can atır. Bu qurum 2020-ci ildə 44 günlük müharibədən sonra münaqişə və mina partlayışları nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə biganə qaldığı hal da, Qarabağı öz istəkləri ilə tərk edən ermənilərdən ötrü can-fəşanlıq edir. Niyə görə 30 il Ermənistanın işğal siyasətini qınamadılar? Niyə bir avropalı deputat demədi ki, Ermənistan üzv olduğu təşkilatın digər üzvünün ərazisini işğal edib? Bu səbədə də erməni nümayəndə heyətinin AŞPA-da fəaliyyəti məhdudlaşdırılmalıdır? Ancaq indi Azərbaycanı ittiham etməyə çalışırlar.Azərbaycan isə daim ədalətin tərəfində olub və bu gündə ədalətin tərəfindədir. Rəsmi Bakının fəaliyyətində, davranışlarında bu, aydın görünür. Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır. Məncə, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması düzgün addımdır.
Fikrət Quliyev
Yeni Suraxanı bələdiyyəsinin sədri
Sozcu.info