Azərbaycan COP29-a ev sahibi kimi

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Bu qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Lakin bu namizədlər içərisində Azərbaycan seçilmişdir. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var. COP29 Azərbaycanda iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində ölkəmizin  fəal rolu var.
COP29-un Azərbaycanda keçirilməsi eyni zamanda Azərbaycanın bütün tarixini dünyaya çatdırması üçün gözəl fürsətdir. Çünki ev sahibi olaraq minlərlə xarici qonaqlar qarşılayacayıq. Onların çoxu Ölkəmizə ilk dəfə olaraq gəlir. Onlar burada olduqları müddətdə vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər. Bu isə Azərbaycanın dünya miqyasında bir daha özünü sübüt etməsinə daha dərin kömək edəcək.

Kifayət Məmmədova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin Azərbaycan dili Ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}