8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkə vətəndaşı danılmaz həqiqəti dərk edərək bilir ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların əsasını Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu təşkil edir. Belə bir uzaqgörənliklə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin edir, xaricdə nüfuzunu yüksəldir. Reallıq odur ki, indi Azərbaycan təkcə regionda deyil, bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin müxtəlif beynəlxalq platformalarda fəal iştirakını zəruri edən də məhz budur.
Dövlətimiz üzv olduğu beynəlxalq təşkilatlarda söz sahibi kimi yalnız üzləşdiyimiz problemlərin yox, həm də qlobal, miqyaslı məsələlərin həllinə töhfə verir. Azərbaycanın təkcə 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdəki fəaliyyətinə diqqət verəndə görürük ki, ölkəmiz bu təşkilatın nüfuz və gücünü beynəlxalq hadisələrə təsir etmək səviyyəsinə qaldırmışdır. Onu da deyək ki, Azərbaycan digər beynəlxalq təşkilatlar Türk Dövlətləri Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. çərçivələrində də fəaldır. Bütün bunlar həm də qlobal beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün zəmin yaradır. Dekabrın 11-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar rəsmi şəkildə elan olunub.
2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Həmin qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Yuxarida qeyd edildiyi kimi bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar 15 dekabr tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə mühüm olan və aidiyyatı üzrə tapşırıqlarının verilməsi də tədbirin önəmindən və mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlir.Prezident qeyd edərək bildirmişdir ki,keçiriləcək konfrans dövründə Baklda 70-80 min xarici qonaq olacaq. Qeyd etmək lazımdır ki, bu Konfrans 1995-ci ildən etibarən keçirilir. COP iqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının həyata keçirilməsini monitorinq edən və bu Konvensiyaya düzəlişlər etməyə səlahiyyəti olan qurumdur. Bizim COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməyimiz ölkəmizin, xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərəcək. Eyni zamanda imic dəyişiminə də şahidlik edəcəyik. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Beləliklə, Cənab Prezidentin də söylədiyi kimi, “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Sozcu.info