Gürcüstan ABŞ-ı çevriliş cəhdində ittiham edir

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle ilə telefon danışığı zamanı Birləşmiş Ştatların Tbilisidəki keçmiş səfiri Kelli Deqnanı ölkədə inqilab ssenarilərini dəstəkləməkdə ittiham edib. Söhbət 2020-2023-cü illərdəki inqilabi proseslərdən gedir.
Kobaxidze bu barədə öz X səhifəsində yazıb: "Derek Şolle ilə danışdım və 2020-2023-cü illərdə edilən iki inqilab cəhdi ilə bağlı səmimi məyusluğumu bildirdim. Həmin cəhdlər ABŞ-ın keçmiş səfiri və xaricdən maliyyələşən QHT tərəfindən dəstəklənmişdi".



Oxşar Xəbərlər

Xəbər lenti