10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İran böyük dəyişikliyin astanasında; İnqilabi proses Rusiya, Qafqaz və Yaxın Şərqə təhlükədir - Təhlil
Dekbarın 28-də İranda başlayan xalq etirazları dünyanın siyasi gündəminə çevrilib. Cənub qonşumuzda baş verənlər siyasi mərkəzlərdə həssaslıqla izlənsə də, bizim bu prosesləri daha dərindən izləməmiz lazımdır.
Azərbaycanı İranla 765 km-lik sərhəd və min illik tarix birləşdirir. Eyni zamanda, müxtəlif məlumatlara görə, bu ölkədə 30-35 milyon Azərbaycan türkü yaşayır. Azərbaycan Respublikası Azərbaycan türklərinin ən böyük çoxluğunun yaşadığı bir ölkədə baş verənləri bütün dünya dövlətlərindən daha diqqətlə izləməlidir.
Ancaq belə görünür ki, İranda baş verən xalq etirazları bütün dünya ictimaiyyəti üçün gözlənilməz olduğu kimi, bizim üçün də "sürpriz”dir. Amma İranda baş verənlər bizim üçün "sürpriz” hadisə olmamalıdır.
İran dünyada yeganə ölkədir ki, ötən əsrdə bu ölkədə mütləqiyyət əleyhinə dörd inqilab olub. Azərbaycan xalqının böyük oğlu Səttərxanın başçılıq etdiyi Məşrutə Hərəkatı kimi, ondan sonrakı üç inqilab da mütləqiyyət əleyhinə idi. Hətta 1979-cu ildə şiə ruhanilərinin hakimiyyətə gəlməsi ilə nəticələnən 1978-1979 inqilabı da mütləqiyyət əleyhinə yönəlmişdi. Bir əsrdə dörd dəfə inqilab edən ölkə monarxiya mütləqiyyətinə son qoysa da, azadlıq qazana bilmədi. İslam inqilabı monarxiya mütləqiyyətinə son qoysa da, şah hakimiyyətini şiə ruhanilərin bütün azadlıqları boğan mütləqiyyəti ilə əvəz etdi. Bu gün baş verənlərin təməli də məhz o zaman qoyuldu.
2009-cu ildə prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən Yaşıl Hərəkat da əslində şiə ruhanilərin mütləqiyyətinin əleyhinə keçirilmiş güclü xalq hərəkatı idi. Bütün bunlara görə İranda baş verənləri "Ərəb baharı” zamanı bəzi ərəb ölkələrində baş verənlərlə eyniləşdirmək olmaz.
Dekabrın 28-də başlayan etirazları doğuran ikinci əsas səbəb heç şübhəsiz, neftin qiymətinin ucuzlaşmasıdır. İqtisadiyyatı əsasən xam neftin ixracından asılı digər ölkələr kimi İran da "qara qızıl”ın ucuzlaşmasından ciddi zərər çəkir. Neftin ucuzlaşması İranda həyat şəraitinin kəskin aşağı düşməsinə səbəb olub ki, bu da sosial narazılığı daha da artırıb.
İranda başlayan etirazların üçüncü səbəbi müasir texnologiyaların cəmiyyətə təsiridir. Müasir informasiya texnologiyaları, xüsusilə də sosial şəbəkələrin cəmiyyətlərə təsiri bizim təsəvvür etdiyimizdən daha çoxdur. Çox ciddi sosial hadisə olan sosial şəbəkələr bütün cəmiyyətləri dəyişməyə başlayıb. Bunun ən çox təsiri isə totalitar və avtoritar cəmiyyətlərdə hiss olunur. İranda da totalitar rejim olduğu üçün sosial şəbəkələr cəmiyyətə daha çox təsir edir. İranda "facebook”, "twitter”lə yanaşı Pavel Durovun "Vkontakte” və "Telegram”ı da şox yayılıb. Bu sosial şəbəkələr İran vətəndaşlarının 40 il öncə ilə müqayisədə informasiya almaq imkanlarını kəskin şəkildə artırıb. İran hökuməti sosial şəbəkələrə girişi məhdudlaşdırsa da, bu, əks-effekt verir.
İranda son günlər baş verən proseslərin əsas səbəbini məhz yuxarıda qeyd etdiyimiz üç faktorla - İran cəmiyyətinin mütləqiyyətə dözümsüzlüyü, neftin ucuzlaşmasının doğurduğu iqtisadi böhran və sosial şəbəkələrin cəmiyyətə geniş təsiri ilə izah olunmalıdır.
Əlbəttə, hər bir inqilabda olduğu kimi İranda son günlər baş verən hadisələrə də subyektiv amillər öz təsirini göstərib. Əslində, obyektiv səbəblərin yaratdığı fonun qəfil işıqlanması üçün bütün inqilablar zamanı olduğu kimi, İranda dekabrın 28-də başlayan xalq etirazlarında subyektiv amil qığılcım rolunu oynayıb. Bu subyektiv amillərin sırasına rejimdaxili mübarizəni, bəzi ərzaqların qiymətinin kəskin artmasını, dövlət büdcəsindəki gizli xərclərin müəmmalı şəkildə ictimailəşməsini daxil etmək olar. Bu olayda ABŞ-ın "barmağı”nı görməyə adət edənlər subyektiv amillərin sırasına Mərkəzi Kəşfiyyat İdarəsinin İran massasının rəhbərliyinə bu gün dünyada ən təcrübəli xəfiyyələrdən biri və hətta birincisi hesab olunan Maykl D’Andreanın təyin edilməsindən sonra bu qurumun Tehrandakı rejimi devirmək üçün öz fəaliyyətini gücləndirməsini də əlavə edə bilərlər. "Ayətulla Mayk” ləqəbli Maykl D’Andrea Şərqdəki bir çox səs-küylü əməliyyatların, o cümlədən Vaşinqtonun bir nömrəli terrorcu elan etdiyi Üsamə bin-Ladenin məhv edilmə əməliyyatının təşkilatçısı hesab olunur.
Eyni zamanda böyük hadisələrdə yəhudi izi axtarmağa həvəsli olanlar İranda baş verənlərdə də İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın da "izini” tapa bilərlər. Eyni həvəslə xalq etirazlarının arxasında Suriyadan İrana uduzan Səudiyyə Ərəbistanının maliyyəsini də görmək mümkündür. Zatən, İran rəsmiləri də etirazların arxasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanının dayandığını bəyan ediblər. Ancaq ruhani bürokratiyası unudur ki, onların özlərini hakimiyyətə gətirən 1979-cu il inqilabı da mütləqiyyətə qarşı yönəlmişdi. İran vətəndaşları böyük qurbanlar hesabına şah mütləqiyyətinə son qoysalar da, azadlıq əldə etmədiklərinin fərqindədirlər. İslam inqilabından daha çox zaman ötdükcə bu həqiqət aydın görünməyə başlayır. Bu isə əvvəl-axır yeni inqilaba gətirib çıxarmalıdır. Neftin ucuzlaşması və yeni texnologiyaların sürətlə yayılması isə bu aydınlaşmanı daha da sürətləndirir. Bu zaman böyük yanğına səbəb olan qığılcımın haradan və kimdən gəlməsinin heç bir önəmi yoxdur.
İrandakı etirazların çoğrafiyası genişləndikcə hər kəsi bu prosesin hara gedəcəyi maraqlandırır. Qərbdə bir çoxları Tehrandakı rejimin güclü olmasını əsas götürərək inqilabın nəticəsiz başa çatacağını qeyd edirlər. Müşahidəçilərdə bədbinliyi artıran əsas amil ölkədə inqilabı yönəldəcək müxalifət təşkilatının olmamasıdır. Ölkə xaricindəki müxalifət təşkilatlarının isə inqilabi prosesi idarə etmək üçün resursları yoxdur. Bununla belə, İranda proseslərin nə ilə nəticələnəcəyini birmənalı söyləmək mümkün deyil. Proseslərin məntiqi sonluqla nəticələnməsi üçün bir sıra çatışazlıqlar olsa da, İran əhalisinin uzun zaman ərzində inqilabi prosesləri aparmaq təcrübəsi var. Üstəlik, dünya ictimaiyyəti də İran hakimiyyətinə təzyiq edərək, onu, vətəndaşların etiraz etmək hüququna hörmətlə yanaşmağa çağırır. ABŞ-ın kəmağıl prezidenti Donald Tramp isə inqilabçılara ciddi dəstək vəd edir.
İranda başlayan inqilabi proseslərin nə ilə nəticələnəcəyini birmənalı söyləmək mümkün olmasa da, Cənub qonşumuzun siyasi və iqtisadi böhran içərisində olduğu gün kimi aydındır. Etirazların qarşısı alınsa belə, bu, İranın siyasi və iqtisadi problemlərinin həlli demək olmayacaq. Əksinə, bu etirazlar İranda siyasi və iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu isə yeni inqilabi vəziyyət yaradacaq. Beləliklə, əgər bugünki proses rejim dəyişikliyinə səbəb olmasa belə, İrandakı dəyişiklik zərurətini daha da dərinləşdirəcək.
Ancaq indiki etirazlar rejim dəyişikliyinə səbəb olsa, bunun bütün dünyadakı, xüsusilə də Yaxın Şərq və Qafqazdakı siyasi proseslərə ciddi təsir edəcəyini əminliklə söyləmək olar. Çünki İranda əsas şüarlardan biri "Rusiyaya ölüm!”dür. Bu isə mümkün dəyişiklikdən sonra İranın xarici siyasətində ciddi dəyişikliyin baş verəcəyinin anonsu hesab edilə bilər. Ona görə də Rusiyanın hakim dairələri İranda baş verənləri ciddi
narahatlıqla izləyirlər. Moskvanın narahatlığı əbəs deyil. Əgər Tehran Moskva ilə əməkdaşlığını kəssə, Rusiya Suriyada ən yaxşı halda bir neçə ay qala bilər və qazandığı bütün mövqeləri itirər. Bu isə Rusiyanın daxilində siyasi böhrana səbəb ola bilər.
Xəqani CƏFƏROV,
Politoloq
Oxşar Xəbərlər
İRANDA NƏ BAŞ VERİR: VƏTƏNDAŞ HAQLARI HƏRƏKATI, YOXSA İNQİLAB? – ABŞ Dövlət Departamentinin sabiq müşavirindən maraqlı analiz
İranda gərginlik artır- Etiraz aksiyalarında 2 nəfər öldürülüb
Prezident İlham Əliyev:“Niyazi və Həcər xanım dəfələrlə bizim evimizdə olub, çox zarafatcıl idi”
Bakı yenidən üzünü Qərbə çevirir
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…