Rusiyadan Gürcüstanla diplomatik münasibətlər barəsində açıqlama

Sozcu.info  xəbər verir ki, RF XİN Gürcüstanla diplomatik münasibətlərin bərpa olunması ilə bağlı yayılmış məlumatları "yalan xəbər" adlandırıb. Nazirliyin əməkdaşlarının jurnalistlərə açıqlamasında bildirilir ki, müxalif resurslar tərəfindən yayılan saxta xəbərləri tirajlamağın mənası yoxdur.
Dünən Gürcüstanın "Mtavari" telekanalı "Gürcü arzusu" partiyasının guya Rusiya ilə diplomatik münasibətləri bərpa etmək üzərində işlədiyini bəyan eləmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti