ABŞ rəsmisi Zəngəzur dəhlizini dəstəkləyən bəyanat verdi


Azərbaycan-Ermənistan arasında sülh sənədi Aralıq dənizinə oaradan da Qara dənizə çıxaraq Qazaxıstandan Türkiyəyə uzanan ticarət yoluna sahib olmaq imkanı verəcək. Bu fikri ABŞ rəsmisi O’Brayen səsləndirib.

“Bu marşrut artıq mövcud olan Azərbaycan ərazisindən keçərək Gürcüstana Qara dənizə qədər uzanan başqa bir marşrutu tamamlayacaq. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik”, deyə O’Brayen yenidən Orta Dəhlizə, faktiki “Zəngəzur dəhlizi” mövzusuna müraciət edib.



Oxşar Xəbərlər

Xəbər lenti