Azərbaycan – Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan – Özbəkistan münasibətləri tarixi köklərə söykənən əlaqələrdir. Ortaq kök, ümumi dil qrupu, eyni din, yaxın mədəniyyətlər, adət və ənənələr daim bu iki xalq arasnda siyasi, mədəni, iqtisadi əlaqərin mövcud olmasına şərait yaratmışdır. Hələ orta əsrlərdə Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın haqqında məlumatların verilməsi, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham alaraq “Xəmsə” yaratması, Nizamini “şairlərin şahı” adlandırması xalqlarımız arasındakı tarixi mədəni əlaqələrdən xəbər verir.
Hər iki ölkə müstəqillik qazandıqdan sonra dövlətlərimiz arasında diplomatik əlaqələr yaranmış, 1996-cı ildə "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanmış, dövlətlərarası münasibətlərimiz daim yüksələn xətt üzrə getmişdir.
Azərbaycanın II Qarabağ müharibəsində qələbəsindən sonra bölgədə yeni reallıq yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi və uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verir. Regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, sözü və əməli bir olan Azərbaycanın bölgəmizdə sülhün bərqərar olması üçün verdiyi təkliflər dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul edilir. Bu, həmçinin, ölkəmizin regionun lider dövləti olduğu həqiqətini də ortaya qoyur. Bütün bu amillər Azərbaycan ilə müxtəlif ölkələr, eləcə də, Mərkəzi Asiya ölkələri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan deməliyik ki, Azərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ açmışdır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanmış“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusilə mühümdür. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur.Bu müqavilənin imzalanmasını tarixi məqam saydığını deyən Prezident İlham Əliyev onu iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi. Bununla Azərbaycan–Özbəkistan münasibətlərinin ... yeni kitabının yazıldığını bəyan edən Prezident İlham Əliyev bu gün iki qardaş xalqın, iki müstəqil, suveren, qüdrətli dövlətin həm də rəsmi müttəfiqə çevrilmələrini məmnunluqla qeyd etdi: “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək”.
Səfər zamanı Daşkənddə hər iki ölkənin aid təşkilatları arasında imzalanan elm, təhsil, mədəniyyət, turizm, ədliyyə, daxili işlər və digər sahələri əhatə edən saziş və protokollar arasında ən mühümlərindən biri də “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”dır ki, (“Yol xəritəsi”) sözügedən sahələr üzrə yeni irimiqyaslı layihələrin icrasına geniş imkanlar açılacaq.
Diqqəti cəlb edən layihələrdən biri də Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisidir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub, 2023-cü ildə Özbəkistan dövlətinin maliyyə dəstəyi ilə Füzulidə 940 şagirdin təhsil ala biləcəyi məktəb tikilib, istifadəyə verilmişdir. Daşkənd görüşündə mətbuata bəyanatı zamanı ölkə başçısı da bu məqama toxunaraq Özbəkistanın atdığı addımı qardaşlıq və dostluq rəmzi kimi dəyərləndirdi: “Bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik”.
Azərbaycan və özbək xalqıları dövlətimizin başçısının səfərini yüksək qiymətləndirir, dövlətlər arasındakı münasibətlərin inkişafına və hər iki ölkənin prezidentinin dostluq münasibətlərinə böyük dəyər verir.

Ceyran Novruzova 

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti