5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
Deyilənə görə hər bir insanın bir həyat hekayəsi var... Bu fikir mən deyərdim ki, həm də rayonlara, şəhərlərə də aid edilə bilər...
Yaxın keçmişə nəzər salsaq , Azərbaycanın 30 il əvvəlki dövründə olan torpaqlarının da məhsuldar, həyat dolu tarixi var idi. Bu tarixdən biri də Cəbrayıl şəhərinə aid idi...
Cəbrayılın o zaman 72 məktəbi, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klubu, 78 kitabxanası, 1 muzeyi, 8 sənaye müəssisəsi, 42 kolxozu və s. idarə, təşkilatları var idi. Bu sadaladıqlarımdan başqa hələ bu yerlərdə bir çox məqbərələr, məscid kompleksi, 8 guşəli məqbərələr, türbələr, tarixi abidələr var ki, onlar da erməni vandalları tərəfindən məhv oldu. Bir sözlə, bu yerlərdə bir el var idi...
Bu yerlərin insanlarının 30 illik yaralı, həsrətli həyat hekayəsini isə amansız erməni yazdı, öz alçaqlığı və zülmkar dəsti xətti ilə...Cəbrayıllı məcburi köçkünlər, Respublikanın 58 rayonunun 2000 –dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında, yataqxanalarda məskunlaşıb, Vətən həsrətli ömür yaşadılar. Kimi dünyasınıdəyişdi, kimi isə illərdən sonra yenidən o torpaqları görməyi nəsib qisməti oldu...
Bu gün Cəbrayıllılar xoşbəxtdirlər! Onlar yüksək səslə “daha mən qaçqın deyiləm ! “ deyə hayqıraraq sevinirlər. Çünki onların bundan sonrakı həyat hekayəsini isə Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev öz uzaqgörən siyasəti, gücü ilə yazdı. Bu uğurun, zəfərin əldə olunması xalqın öz Prezidentinin ətrafında sıx birləşərək, dəmir yumruq olmasının müsbət nəticəsidir!
Bu gün artıq işğaldan azad olunmuş rayonlar öz xoş günlərini qeyd edirlər. Bunların içində 4 oktyabr Cəbrayıl şəhəri günüdür! Cəbrayılda yenidən həyat canlanıb.
Xudafərin körpüsündə Dövlətimizin bayrağı dalğalanır. Bu bayraq dalğalandıqca, sanki deyir : “ Cəbrayılın xoş günləri, xoşbəxt həyat hekayələri hələ irəlidədir! Çünki bu dövləti qoruyan, onun keçmişinə, indisinə, gələcəyinə sahib çıxan güclü Lideri, Yenilməz Sərkərdəsi var!”
Cəmilə Ağayeva
Əmircan Bələdiyyəsinin sədri
Sozcu.info