Prezident İlham Əliyev: Azərbaycana atom elektrik stansiyası lazımdırmı?


Prezident İlham Əliyev, "Azərbaycana atom elektrik stansiyası lazımdırmı?" sualını cavablandırıb. O bu suala cavab olaraq “VGTRK” və “RİA Novosti”yə müsahibəsində bildirib ki, sualın cavabı iki hissədən ibarətdir.

1. Azərbaycanın təxmini neft və qaz ehtiyatları 2,6 trilyon tondur. Üstəlik 300 meqavatlıq kiçik su elektrik stansiyaları və 6 min meqavatlıq külək enerjisi üçün müqavilələr də var. Aydındır ki, belə potensialla bizim əlavə enerji mənbələrinə ehtiyacımız yoxdur.

2. Atom elektrik stansiyaları bütöv bir sənayedir, bu, dünyada mövcud olan tendensiyadır və ondan geri qalmaq istənilmir. Bu, həm də potensialdır, kadrdır və ümumiyyətlə, Azərbaycanda heç vaxt olmayan yenilikdir. Əgər hansısa ölkədən hansısa şirkət bu marağı göstərsə, o zaman biz də sərmayəçi ola bilərik”.



Oxşar Xəbərlər

Xəbər lenti