Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb


Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.

Sozcu.info xəbər verir ki, bundan sonra President İlham Əliyev təyyarənin dərhal geri dönməsi ilə bağlı tapşırıq verib.

President təyyarəsi Moskva üzərində geri dönüş edib və Bakıya üz tutub.

Qeyd edək ki, President İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.

Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.



Oxşar Xəbərlər

Xəbər lenti