24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında Azərbaycan idmanının uğurlarını, perspektivlərini və dövlətin idman siyasətindəki mühüm rolunu vurğuladı. Onun çıxışında bir neçə mühüm məqam xüsusi diqqət çəkdi. 2024-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək 1700-ə yaxın medal qazandılar. Bu, Azərbaycanın idman sahəsində qazandığı ən yüksək göstəricilərdən biri olmaqla yanaşı, idmanın inkişafını və yeni nəsil idmançıların yetişməsini nümayiş etdirir.Prezident qeyd etdi ki, Azərbaycan bu nailiyyətlərlə idman dövləti statusunu daha da möhkəmləndirmişdir. İlin ən mühüm yarışlarından biri Yay Olimpiya Oyunları oldu. Azərbaycan bu yarışlarda öz tarixi nəticəsini əldə edərək, 30-cu yeri tutdu. Komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq müstəqillik dövrünün ən yüksək nəticəsinə imza atdı. Azərbaycan müsəlman ölkələri arasında 3-cü yeri tutdu ki, bu da dünya üzrə 60-a yaxın müsəlman ölkəsinin arasında böyük nailiyyət hesab olunur. Prezidentin fikrincə, bu qələbələr ölkənin beynəlxalq nüfuzunu daha da artırır. Gənc nəslin fiziki və mənəvi inkişafında idmanın əhəmiyyətini vurğulayan Prezident, xüsusilə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasının vacibliyini qeyd etdi. O bildirdi ki, Azərbaycan gəncləri fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, vətənpərvər olmalı və ölkənin inkişafında fəal iştirak etməlidir.Azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılması məsələsinə toxunan Prezident, Ağdamda beynəlxalq standartlara uyğun stadionun, Füzulidə Olimpiya İdman Kompleksinin və digər idman obyektlərinin tikildiyini bildirdi. O vurğuladı ki, bu obyektlər həm rəmzi, həm də funksional əhəmiyyət daşıyır və idmanın bölgələrdə inkişafına böyük təkan verəcək. Gələn il Azərbaycanda keçiriləcək Üçüncü MDB Oyunları da xüsusi önəm kəsb edir. Oyunların əsas mərkəzi Gəncə şəhəri olacaq və bu tədbir üçün 14 şəhər seçilib. Gəncə şəhərində yeni stadion inşa edilir və şəhərin infrastrukturu yenilənir. MDB Oyunlarında 7000 idmançının iştirak edəcəyi gözlənilir. Prezident idmançıların dövlət tərəfindən mükafatlandırılmasının vacibliyini qeyd edərək bildirdi ki, bu proses artıq 27 ildir davam edir. İdmançıların dövlət qayğısı ilə əhatə olunması, onların nailiyyətlərinin qiymətləndirilməsi idmanın inkişafında əsas amillərdən biridir.Çıxışında İlham Əliyev həmçinin Azərbaycanın tarixi ədaləti bərpa edərək ərazi bütövlüyünü təmin etdiyini vurğuladı. O, bu zəfərlərin idman uğurları ilə tamamlandığını və ölkənin güclü dövlət kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirdiyini bildirdi. Prezidentin sözlərinə görə, Azərbaycan idman siyasəti ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcək. Dövlətin dəstəyi ilə həm ənənəvi medal gətirən, həm də yeni inkişaf edən idman növlərində irəliləyişlər təmin ediləcək. Bu uğurlar Azərbaycanı həm idman, həm də beynəlxalq nüfuz baxımından daha da irəli aparacaq.Həliməxanım ƏləkbərovaSuraxanı rayonu, 282 nömrəli tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini
Sozcu.info