Makron təlaşda! - "Putinlə danışmaq istəyirəm"

Sozcu.info xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron RF Prezidenti Vladimir Putin ilə danışmaq istədiyini bəyan edib.
Makron bu niyyətini fevralın 18-də, "La Depeche" qəzetinə müsahibəsində bəyan edib.
Fransa lideri deyib: "Əgər belə bir söhbət Ukraynadakı vəziyyətin nizamlanması barəsində danışıqlar üçün faydalı olarsa, çox güman ki, mən yenidən Vladimir Putinlə danışacağam".
Bəlli olduğu kimi, ABŞ ilə Rusiya təmsilçiləri uzun müddət sonra ilk dəfə dünən Səudiyyə Ərəbistanında görüşüblər. Tərəflər Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparıblar, müəyyən razılığa gəliblər. Bu yaxınlaşma fonunda Fransa Prezidenti Emmanuel Makron ard-arda iki dəfə Avropa liderlərini Ukrayna məsələsi ilə bağlı iclasa dəvət edib. 



Oxşar Xəbərlər

Xəbər lenti