20-02-2025, 13:55
15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
Sozcu.info xəbər verir ki, "Nyu-York Post" (The New York Post - NYP) qəzetinin mənbələrə istinadla yazdığına görə, ABŞ Prezidenti Donald Trampın ətrafındakılar Ukrayna Prezidenti Vladimir Zelenskinin Fransaya getməsinin onun özü üçün ən yaxşı variant olduğunu söyləyiblər.Son günlərdə Vaşinqton ilə Kiyev arasındakı münasibətlər həddən artıq pisləşib.Nəşrin Amerika liderinin əhatəsinin nümayəndələrindən birindən gətirdiyi sitatda deyilir: "Zelenski və dünya üçün ən yaxşı variant onun dərhal çıxıb Fransaya getməsi olacaq". Ağ Evdəki digər mənbə isə Ukrayna ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsinin "onun üçün yeni bir şey olmadığını" qeyd edib. Zelenskinin Ukrayna pravoslav kilsəsi ilə bağlı qadağanını xatırladan Ağ Ev məmuru deyib: "Roma Papası kimi mən də kilsələri qadağan edənləri dəstəkləmirəm".Son günlərdə ABŞ ilə Ukrayna arasındakı münasibətlər qəflətən gərginləşib. Tramp Zelenskini "diktator" adlandırıb və faydalı qazıntılarla bağlı sövdələşmədən imtina etməkdə ittiham edib. Zelenski Trampın "Rusiyanın dezinformasiyasının qurbanı olduğunu" deyib.