Koronavirusun yeni simptomları üzə çıxdı

Yeni növ koronavirusun (COVİD - 19) daha bir neçə simptomu olduğu müəyyənləşib.
Sozcu.info xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomları siyahısını genişləndirib.
Belə ki, simptomlar sırasına burun tutulması, zökəm, ürəkbulanma və ishal da əlavə edilib.
Qeyd edək ki, indiyə kimi yüksək temperatur, öskürək və nəfəs darlığı əsas koronavirus simptomları hesab olunub. Daha sonra bu siyahıya boğaz ağrısı, titrətmə, əzələ ağrısı, dad və iy bilmənin itməsi də əlavə olunmuşdu.


Oxşar Xəbərlər

Xəbər lenti