Uşaqda meningit olduğunu necə bilməli – Uşaqları qəfil öldürən infeksiya

 

 

Xüsusən yay aylarında biruzə verən bu xəstəlik çoxlarının düşündüyü kimi, uşaq başını yudu, saçı yaş oldu, kondinsionerdən soyuqladı kimi başın soyuqlaması deyil. Meningit onurğa və baş beynin virus və bakterial xəstəliyidir.

 

Sozcu.info medicina.az-a istinadən bildirir ki, zəifləmiş imuniteti olan uşaqda qızılca, herpes və s. kimi ağır viruslar yayılaraq, beyinə çatır.
Bakterial meningit uşağın qanına bakteriyalar düşdükdə və beyinə yayıldıqda olur.

Bakterial meningit uzun müddət ağciyərlərin iltihabı, bronxit, absesi olan uşaqlarda meydana çıxa bilir.
Ən geniş yayılmışı meninqokok meningitidir.

Simptomları:

-Öskürək, soyuqdəymə, burun axma
-Halsızlıq, titrəmə
-Adi qrip əlamətləri kimi başlayır
-Ürəkbulanma, qusma, huşun bulanması, bayılma

Ən pisi odur ki, meningiti adi qripə bənzədib arxayınlaşırlar. Çox vaxt həkimlər belə başlanğıcda səhv edə bilər.
Meningit elə virusdur ki, qısa müddətdə, 1-2 sutkanın içində beyinə yayılır, beyin serozu verir.

Əgər uşaqda xroniki sinusit, otit, haymorit varsa, irinli meningit yarana bilir. Bu meningiti stafilakok və pnevmokokk bakteriyaları yaradır. Daha çox 3-7 yaşlı uşaqlarda yayılır

Bəs necə etməli ki, meningiti vaxtında aşkarlayıb, qiymətli vaxtı itirməyəsiz?

Meningiti digər xəstəliklərdən fərqləndirən bu 5 amilə diqqət: uşaqda güclü titrətmə, güclü baş ağrısı və yuxululuq, işığa baxa bilməmək, boyun hissəsini tərpədə bilməməsi. Məhz bu əlamətlər qripdə olmur.
Meningiti uşaqda daha tez aşkarlamaq üçün Kerniq simptomu barədə məlumatlı olmaq lazımdır. Kerniq – rus terapevti Vladimir Kerniq tərəfindən araşdırılıb, təsdiqlənib.

Bu simptomu uşaqda yoxlamaq üçün belə edirsiz: uşağı kürəyi üstə uzadır, uşağın ayağını dizdən və buddan qatlayıb, yana doğru çevirirsiz. Sonra uşağa imkan verilir ki, qatlanmış oynaqları yerinə özü qaytarsın, yəni qatlanmış ayağını açsın, düzəltsin.
Əgər uşaqda meningit varsa, uşaq bunu edə bilməyəcək, çünki əzələlərin tonusu artır.

Həmçinin köməyinizə Brudzinski simptomu gələ bilər. Uşaqda beynin üst qatının qıcıqlanması nəticəsində uşaq boynunu əyə bilmir. Uşağı başını irəli əyəndə isə, qeyri-ixtiyari olaraq, çanaq və dizləri də qatlanacaq.

Artıq bu əlamətlər uşağın meningit olmasına tam əminlik yaradacaq.
Südəmər körpələrdə isə dayanmaq bilməyən ağlamaq və narahatlıqdan əlavə, çənənin əsməsi, süd əmmədən imtina, döşü tuta bilməməsi, qıcolma, dəridə səpmələr, qusma halları olur.

Bu halları müşahidə etdiyiniz təqdirdə uşağı təcili reanimasiyası olan xəstəxanaya götürün. Əks təqdirtə uşaq sepsisə girib, letal sonluğa gətirib çıxarar.
Uşağı müalicə üçün pediatr, nevroloq və infeksionist məşğul olur. Meningit güclü antibiotiklərlə müalicə olunur. Nevroloji dərmanlar da təyin olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}