Rəqəmsal iqtisadiyyat, problemlər və perspektivlər

 Bu məqalədə  rəqəmsal iqtisadiyyata transformasiya ilə əlaqədar apardığımız   izahlı təhlillər, o cümlədən İnternetin respublikada dayanılıqlı   inkişafına maneə olan poblemlər və problemlərdən çıxış yolları, onun rəqəmsal iqtisadiyyata transformasiyası, mövcud vəziyyətin SWOD anaizi( SWOD- strength ( güclü), weak(zəif), opportunity ( imkanlar) & threats( təhtidlər) ) aidiyyatı üzrə geniş oxucuların diqqətinə çatdırılmışdı.

Eyni zamanda, TASİM ( Trans Asiya   Super Highway  İnternet Magistralı) layihəsinin də   respublikamızı  gələcəkdə regional super highway data  mərkəzinə çevirəcəyi və bu data şəbəkələrinin tutumunun daha da genişləndirilərək cənubi qafqazda regional güc mərkəzinə çevirəcəyi , ölkənin əlverişli geostrateji imkanları da nəzərə alınmaqla tranzit data trafikinin   artıracağını və bundan da əldə olunan əlavə gəlirlərin  respublikamızın iqtisadiyyatının inkişafına verəcəyi töhvələr  də ayrıca gözlər önünə sərilmişdir.

 

Bununla da mövcud  rəqəmsal infrastrukturun üzərində qurulması  nəzərdə tutulan  bütövlükdə  ölkə   iqtisadiyyatı   və onun ayrı- ayrı sahələrinin gələcək prespektivi,  yüksək texnologiyaların, o cümlədən innovativ intellektual idarəetmə sistemlərinin  yeni istehsal, xidmət və emal sanayesində genış tədbiqi ilə koronovirus pandemiyasının iflic etdirdyi iqtisadiyyata vurmaqda davam etdiyi ağır zərbələrin reallıqları fövqündə  bir çıxış rolu oynamasının mümkünlüyü də ayrıca olaraq   araşdırılmışdır.

Eyni zamanda, bu  sahə üzrə  beynəlxalq üst qurum təşkilatlarının BTİ - Beynəlxalq Telekommunikasiya İttifaqı, İCANN - İnterneti tənzimləyən beyəlxalq təşkilat, vəs.- lərin də direktiv rəhbər sənədləri, o cümlədən reqlamentləri , tövsiyə, protokol və sahə standartları  dərindən öyrənilmişdi.

 


 

 


 

 

 

Bununla da mövcud  rəqəmsal infrastrukturun üzərində qurulması  nəzərdə tutulan  bütövlükdə  ölkə   iqtisadiyyatı   və onun ayrı- ayrı sahələrinin gələcək prespektivi,  yüksək texnologiyaların, o cümlədən innovativ intellektual idarəetmə sistemlərinin  yeni istehsal, xidmət və emal sanayesində genış tədbiqi ilə mümkün olacağı   araşdırılmışdır.

 

Burada, Rəqəmasal iqtisadiyyatın bank maliyyə sektoruna inteqrasiya etməsində də, bu sahənin inkişaf edərək geniş təşəkkül tapması istqamətlərində  də, bu sahədə mütərəqqi metodların, qabaqcıl təcrübələrin  başlıca olaraq lokomotiv  rol oynadığı da aydın görünməkdədi.  

 


 

Həmçinin,    cənab Prezident tərəfindən aparılan texniki- iqtisadi siyasətin mərkəzində   koronovirus pandememiyası şəraitində və   eləcə də post pandemiya, post neft erasında  yeni imkanların, o cümlədən potensialların tapılıb üzə çıxarılması yönündə də atılması qaçılmaz zəruri addımların mərkəzində rəqəmsal iqtisadiyyata transformasiyanın   oynadığı mühüm rolunu daha da tətikləyərək gündəmə gətirmişdir.  

 

Hətta, bir sıra İnformasiya Kommunikasiya Texnologiyaları qiqantlarının ( Microsoft, CİSCO, dünya bankı və digərləri)   ali rəhbərlikləri ilə  video formatda görüşlərində     Cənab Prezident ifadə etmişdir ki, pandemiya və postpandemiya dövrləri rəqəmsal  iqtisadiyyat və ona doğru transformasiya, rəqəmsal iqtisadiyyatın  daha da dərinləşməsi, kiber məkanda virtual  biznesin, o cümlədən elektron - internet ticarətlərinin inkişaf etdirilməsi və bu dövrlər üçün qaçılmaz və xarakterik  olacaqdır...

 


 

Müasir dövrdə inrenetin geniş yayılması iqtisadiyyatın  yeni inkişaf mərhələsi olan rəqəmsal iqtisadiyata transformasiya olmasına səbəb olub, internet innovasiyalı texnologiyalar, o cümlədən informasiya kommunikasiya sistemləri iqtisadiyyata dərindən nüfuz edərək inteqrasiya olunub.

 

 Artıq iqtisadiyyatın özü də  bir elm olaraq  dəyişmiş və yeni anlayışlar, bilik iqtisadiyyatı, bio iqtisadiyyat, rəqəmsal iqtisadiyat və nəhayət bu gün aktual olan koronavirus iqtisadiyyatına transformasiyanı şərtləndirmişdi. 

 

Texnologiya və informasiya inqilabı   nəticəsində son zamanlar yüksək sürətlə inkişaf etmiş yeni iqtisadi model kiber  yaradılmasını qaçılmaz edib.

 

  Belə ki, kiberbiznes, yüksək  innovativ texnologiyaların geniş tədbiqi ilə yaranan və idarə olunan iqtisadiyyatın bütün sahələrinə siyarət etmişdir. 

Rəqəmsal iqtisadiyyat isə onun bir elementi olmaqla, iqtisadiyyatın informasiya texnologiyalarının köməyi ilə elektronlaşan hissəsidir. 

Rəqəmsal iqtisadiyyat anlayışının üstündə elektron bank,  elektron sığorta, elektron səhiyyə, elektron təhsil, sənaye, emal vəs. xidmətləri ilə yanaşı, İKT avadanlıqlarının mühafizəsi, proqram təminatlarının hazırlanması və satışı vəya dolayısı ilə yaratdığı elektron əməliyyetlardan formalaşan bütün sahələri əhatə edir. 

 


 

Elektron ticarəti, elektron informasiya mübadiləsini, elektron idman - mərç oyunlarını və yarışları ( at yarışmaları, futbol, tennis, kriket vəs.), on-line lotareya oyunları, elektron kazino, kapitalın elektron hərəkətini, elektron pulları və eləcə də dijital valyutaları, e- bankinqi, e- sığortanı vəs.  özündə birləşdirən rəqəmsal iqtisadiyyatın ən geniş yayılmış növlərindən biri olan və rəqəmsal iqtsadiyyatın özəyini təşkil edəni internet ticarətdir. 


 

 


Artıq rəqabət imkanlarının günü- gündən genişləndiyi və yeni innovativ texnologiyalara söykənən informasiya kommunikasiya sistemlərinin  hər bir evə daxil olduğu, informasiya  cəmiyyətinin yeni bir insan formalaşdırdığı ictimai- iqtsadi formasiya və sosiallaşma şəraitində biznesin, sahibkarlığın optimal şəkildə qurulması  yeni idealar və güclü kreativ komandanın yetişməsini yeni çağımıza diktə edir. 

 

Belə bir şəraitdə sahibkarlar və alıcılar, artıq vaxt sərf etmədən istədikləri məhsulları və xidmətləri əldə etmək üçün on- line və off- line olmaqla elektron ticarətin yaratdığı geniş imkanlardan intensiv istifadə etməyə başladılar. 

 

 

Gündəlik təlabat mallarından   tutmuş, geyim və digər əşyaların alınması və eləcə də çeşidli elektron xidmətlərdən yararlanmaq geniş istifadəçilər üçün günün vacib məsələlərinə çevrilmişdir. 

 

Bununla yanaşı, gündəlik rastlaşdığımız hər bir xidmət ( təhsil, əyləncə, səhiyyə vəs.e- xidmətlər ) növlərinin elektron sistemlər üzərindən əldə olunması rəqəmsal iqtisadiyyatı  daha da şərtləndirmiş və bu istiqmətə dərindən trasformasiyanı da gündəmə gətirmişdir.

 

Eyni zamanda, məhsul və xidmətlərin əldə olunması, çatdırılması, onların reklamı və geniş təbliğatına olan ehtiyaclar da sahibkarlığı stimullaşdırmış və eyni zamanda, elektron ticarətə də populyarlıq qazandırmışdır. 

 

 


 

Belə ki, bu gün istifadəçilərinin sayı 3 mld.- ı.  keçmiş   on- line, off- line alıcı və satıcıları   təkcə pərakəndə satılmış malların ümumü pərakəndə satışındakı təxminən payın 16.8 faizdən çoxunu təşkil edir. 

 

Son dövrlərdə,  Azərbaycanda da internet şəbəkəsi üzərindən həyata keçirilən elektron ticarət sövdələşmələrinin sayı durmadan artmaqdadır və gələcəkdə bu tendensiyanın daha da yüksəlməsi sübhəsiz qaçılmazdır.

 

Lakin, elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməlyyatların vergiyə cəlb edilməsini də çətinləşdirmişdir. 

 

Bütün bunlar da öz növbəsində elektron - internet ticarətinin göstərilməsi və əldə olunan gəlirlər, dövlət büdcəsinə   hesablanmalı və ödənməli  olduğu halda, ödənməyən böyük məbləğlər və   uyğun vergilər gizli iqtisadiyyatın dərinləşməsinə xidmət edərək dövlət büdcəsinin gəlirlərinin itirilməsi ilə nəticələnir...

 

Məhz bu itkilərin aradan qaldırılması və buna əsla yol veriməməsi məqsədilə hələ Azərbaycan Resublikası Prezitenti cənab   İlham Əliyev uzaq görənliklə 4 avqust, 2016- cı il tarixli sərənamı ilə  bu istiqmətdə şəffaflığın daha da artırılması və vergi tutma bazasını  genişləndirilməsinə dair sərəncam imzalamışdır.

 

 Burada, beynəlxalq təcrübədə geniş tədbiq olunan rəqəmsal iqtisadiyyatın vergiyə cəlb ediməsi ilə bağlı aidiyyatı üzrə  xüsusi tapşırıqlar verilmişdi.

Bu istqamətdə fəaliyyət göstərən internet portalları və onların yaradılması və fəaliyyətinə bilavasitə nəzarət edən aidiyyatı dövlət qurumları ilə birgə ,  virtual məkanda elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin  müəyyənləşdirilməsi, uçota alınaraq yeni potensial imkanlar kimi vergiyə cəlb edilməsi ilə yanaşı, ümumü vergi nəzarətinin də gücləndirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdu. 

 Bütün bunlar ölkəmizdə həm postpandemiya və postneft  dövrünə, həm də yeni situasiyalara adekvat hazırlıq fonunda virtual reallıqların dərk olunması ilə yeni imkanların araşdırılaraq ortaya çıxarılması  və büdcəyə yeni gəlirlər şəkilində yeni dividentlər qazandırılması  mövcud potensialların dəyərləndiriməsi baxımından aidiyyatı dövlət strukturları qarşısında da dövlət maraqlarına uyğun məsuliyyətli tapşırıqların qoyulmasını qaçılmaz etmişdir.

 

Bu sahədə fəaliyyət göstərən  rəqəmsal texnologiyalar üzrə potensial şirkətlərlə də əməkdaşlıq stimullaşdırılmalı, qabaqcıl qərb ölkələrinin üstün bilik və təcrübələri öyrənilməli və geniş tədbiq olunmalıdır.

Bildiyimiz kimi rəqəmsal iqtisadiyyatla kiber biznesə transformasiya  ümumülükdə iqtisadiyyatın inkişafında, vergi tutma bazasının daha da genişlənməsində mühüm rol oynayır.

 


 

 Belə ki, müasir dövrdə yeni çağın çağırışları ilə internet həyatımızın bir parçasına çevrilmiş və dünya əhalisinin təqribən 5 mld.  civarında internet istifadəçisinin olması və onların istifadə etdikləri  9 mld.- dan çox innovasiyalı yüksək texnoloji qurğuların internete qoşulması da  buna bariz nümunədir.

İnternet yaranandan bəri dünyada internet xidməti göstərən 10-15 mindən çox provayder şirkətlərinin yaradılması, 500 mln.- dan çox domen adlarının qeydiyyata alınması və 3 mld.- dan çox sosial şəbəkə istifadəçilərinin olması dünya iqtisadiyyatının inkişafında onun rolunun əhəmiyyətini bir daha təsdiq edir. 

İnternetin bu qədər inkişaf etməsi iqtisadi münasibətlər sistemində təzahür edən yeni hədəfləri, o cümlədən prioritet istiqamətləri də müəyyənləşdirdi.

Rəqəmsal transformasiyaya  keçiddə rəqəmsal iqtisadiyyatın hazırki inkişaf mərhələsində, misal üçün, rəqəmsal valyutanın yaradılmasını xüsusilə qeyd etmək yerinə düşərdi. 


 

 

Bu valyutanın müsbət xarakteristikası inflyasiyanin qarşısının alınması, anonimliyin qorunması, heç bir dövlətə bağlı olmaması və  dijital bazarda hər kəsə eyni dərəcədə açıq olması ilə əlaqədardı. Daha geniş yayılmış digər rəqəmsal valyuta növü  olan bitcoinin dünya üzrə istifadəçilərinin artması nəticəsində 1 bitcionin dəyəri son 10 ildə  0.07- sentdən çox artaraq 1000 $ - ı keçmişdir.

 

 

 

 


Qeyd olunanlar onu göstərir ki,   ümumü iqtisadiyyatın inkişafında rəqəmsal iqtisadiyyatın rolu çox yüksəkdir və bu tendensiya artan xətlə inkişaf edir.

Son 1 il ərzində elektron ticarətin dünya üzrə həcmi 3,5 trilyon dolları keçib.

Bu onu göstərir ki, ümumü ticarət dövriyəsinin yarıdan çoxu,  təqribən 70 faizə yaxın hissəsi  əsasən ABŞ, Çin, Böyük Britaniya və Qərbi Avropa ölkələrinin payına düşür. Dünyada ən iri rəqəmsal şirkətlərin qeydiyyatda olduğu ölkələrin ümumü daxilolmalarında onun nə qədər mühüm rol oynadığını həmin şirkətlər tərəfindən ödənilmiş vergilərin məbləğindən də görmək olar.

 

 


 

Son bir il ərzində  “ Apple “  şirkəti   13.1 mlrd.  ABŞ dolları, “ Google “ şirkəti  2.3 mlrd.  ABŞ dolları,   “ Facebook “ şirkəti 1.3 mlrd. ABŞ dolları, “ EBAY “ şirkəti 900 mln. ABŞ dolları vergi ödəyib.

Ölkəmizə gəlincə rəsmi statistikaya əsasən elektron ticarətin həcmi ümumü daxilolmalarında xüsusi çəkisi yox dərəcısində olub çox cüzidi.... 

Əslində isə bu sahədə dəqiq uçotun qurulması və eləcə də elektron ticarəti göstərən hüquqi və fiziki şəxslərin  fəaliyyətlərinin yetərli stimullaşdırılması ilə bu növ   xidmətlərin vergiyə cəlb olunmasını təşviq etmək olar.

Bununla da rəqəmsal iqtisadiyyatdan əldə olunan əlavə gəlirlərin  ÜDM- də xüsusi çəkisi artmış olar və bu rəqəmlərin də  iqtisadiyyatımızın dirçəldilməsində artaraq milyonlarla ölçülə biləcəyini də güman etmək çətin olmaz !....

Məhz bu səbəblərdən, ölkə başçısının rəqəmsal transfarmasiyaya keçidlə bağlı aktual çağırışları və qayğıları peşəkar mütəxəssis prizmasından başa düşüləndir və  bu sahədə gecikmədən vacib addımların atılmasını da zəruri edir.

Burada, ilkin olaraq,  beynəlxalq təcrübələrə uyğun elektron ticarətin dövlət qeydiyyatı və uçotunun təşkil olunması qaçılmazdır.

Belə ki, elektron ticarət sahəsində uçotun təşkili ilə yanaşı şəffaflığın da artırılması, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm tədbirləri görməklə  e-ticarətin vergiyə cəlb olunması asanlaşdıracaq ki, bununla da   dövlət büdcəsinə bu gün daxil olan vergi daxilolmalarının  mövcud səviyyəsindən  qat-qat böyük   miqdarda məbləğlərin ödənilməsinə gətirib çıxaracaqdır...


Əflatun  Məmmədov,

İCANN- İnternetin beynəlxalq üstqurum təşkilatı və yüksək texnologiyalar üzrə eksperti


Oxşar Xəbərlər

Xəbər lenti