Prezidentin fərmanı icra olunacaqmı?

Prezidentin fərmanı icra olunacaqmı?

 

Bunun üçün ciddi kadr dəyişikliklərinə ehtiyac var

Prezident İlham Əliyevin Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında imzaladığı fərman geniş müzakirələrə səbəb olmasa da, bu gün geniş müzakirə olunan məsələlərdən daha əhəmiyyətlidir. 

Müasir dövr informasiya əsri olduğu üçün rəqəmsal iqtisadiyyata keçid hər bir ölkə üçün faktiki olaraq var olmaq məsələsinə çevrilmişdir. Rəqəmsal iqtisadiyyata keçidlə bağlı keçmiş sovet respublikalarında da ciddi işlər görülür. Artıq bir çox keçmiş sovet respublikasında rəqəmsal iqtisadiyyata keçidlə bağlı dövlət proqramları qəbul edilib. Azərbaycan bu sahədə Avropa ölkələri bir yana, Belarus, Rusiya və Qazaxıstan kimi keçmiş sovet respublikalarından geridəqalır. Ukrayna, Gürcüstan və Moldova rəqəmsal iqtisadiyyata keçidlə bağlı önəmli addımlar atıblar.  Belarus, Rusiya və Qazaxıstan isə bu sahədəki gerilikləri aradan qaldırmaq istəyirlər. Bu ölkələrin rəhbərləri belə fikirləşirlər ki, rəqəmsal iqtisadiyyata keçid iqtisaıdi inkişafa ciddi təkan verməklə, ölkələrin üçüncü dünya dövlətinə çevrilməsinin də qarşısını alacaq. Azərbaycan, Tacikistan, Türkmənistan, Özbəkistan kimi ölkələrdə isə bu sahədə faktiki olaraq ilk addımlar atılmağa başlayır. Bu gün həmin  ölkələrin heç birində bank sistemi rəqəmsal iqtisadiyyatın ən ibtidai tələblərinə belə cavab vermir.

Məhz buna görə də prezidentin fərmanında vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq nəticəsində dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zərurəti xüsusi qeyd edilir. Bunun üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin üzərinə bir sıra vəzifələr  qoyulur. Ancaq mütəxəsislər hesab edir ki, rəqəmsal iqtisadiyyata keçidlə bağlı məsələlərin kompleks həlli üçün daha ciddi addımlar atılmalıdır. Rəqəmsal iqtisadiyyata keçidin fəal təbliğatçılarından biri olan poliqtoloq  Xəqani Cəfərli "Estoniya nümunəsi” məqaləsində rəqəmsal iqtisadiyyata keçidin keçmiş sovet respublikası Estoniyanı dünyanın ən müasir ölkələrindən birinə çevirməsini və bu prosesin vətəndaşların həyatına müsbət təsirini geniş şərh edib. Politoloq hesab edir ki, Azərbaycan da Estoniya kimi, keçmiş sovet respublikalarından olduğu üçün, Tallinin yolu ilə getməlidir. "Azərbaycan rəqəmsal iqtisadiyyata keçidlə bağlı Estoniya ilə əməkdaşlıq edir. Ancaq bu addımlar yetərli deyil”. Poliqtoloq hesab edir ki, daha ciddi addımlar atılmasına zərurət var və əks halda bu sahədəki geriliyi aradan qaldırmaq mümkün olmayacaq.

Qeyd edək ki, rəqmsal iqtisadiyyata keçid dövlətlər qarşısında yalnız vətəndaşlara müxtəlif xidmətlərin göstərilməsini asanlaşdırmaq məqsədini güdmür. Bu məsələ daha çox iqtisadi səmərə baxımından dövlətlərin qarşısında önəmli məsələ kimi durur. Belə ki,”McKinsey konsaltinq” şirkəti Rusiya iqtisadiyyatında  rəqəmsal texnologiyaların rolu adlı hesabatında qeyd edib ki, Rusiya iqtisadiyyatının rəqəmsallaşdırılması zamanı potensial iqtisadi səmərə 2025-ci ilə qədər 4,1-8,9 trilyon rubl dəyərində  ölçüləcək  ÜDM artmasına gətirib çıxaracaqdır. Bu isə gözlənilən ümumi ÜDM  artımının 19-34 faizini təşkil edəcək.

Göründüyü kimi rəqəmsal iqtisadiyyatın iqtisadi inkişafı  baxımından fövqəadə dərəcədə əhəmiyyətlidir. Azərbaycanda bu sahədə ciddi irəliləyişlərə nail olamq üçün poliqtoloq Xəqani Cəfərli hesab edir ki, struktur və kadr dəyişikliklərinə böyük ehtiyac var. Politoloq qeyd edir ki, Respublika  İqtisadiyyat Nazirliyinin adının dəyişdirilib Rəqəmsal İqtisadiyyat Nazirliyi adlandırılması və rəqəmsal iqtisadiyyatın yaradılması məsələsi  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin üzərinə deyil, bu nazirliyin üzərinə qoyulmalıdır. Bundan başqa politoloq qeyd edir ki, hər bir nazirlik, dövlət komitəsi və səhmləri dövlətə malik səhmdar cəmiyyətlərdə birinci müavin postuna rəqəmsal iqtisadiyyatın tətbiqinə cavabdeh şəxslər təyin olunmalıdır. "Hətta Baş nazirin müavinlərindən birinin bu sahəyə cavabdeh olması da məsələnin önəmini artıra, rəqəmsal iqtisadiyyata keçidi sürətləndirə bilər”.

Dünyanın ən inkişaf etmiş ölkələrinin ittifaqı olan Avropa Birliyində rəqəmsal iqtisadiyyata cavabdeh komisar mövcuddursa, Azərbaycan kimi yenicə inkişafa qədəm qoymuş ölkədə ciddi irəliləyişlərə nail olmaq üçün yüksək vəzifəli şəxslərin bu sahəyə nəzarət etməsi daha effektli ola bilər. Məhz bunun üçün də respublikamızda savadlı kadrlara böyük ehtiyac var. Politoloq qeyd  edir ki, Azərbaycanda bu vəzifələrin öhdəsindən gələcək kadrları da Azərbaycan prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətində var.Lazım gəlsə, əcnəbilərin xidmətindən də istifadə etmək olar.

"Yeni Sözçü” olaraq onu qeyd etmək istərdik ki, çox yaxşı olardı ki bu məsələni prezideliyə namizədlərin debatları zamanı  müzakirə ediləydi. Bir mətbuat sahəsi olaraq bu məqələ ilə bu sahəyə öz tövhəmizi vermək istərdik. Rəqəmsal iqtisadiyyatla bağlı mütəxəsislərin fikirlərini öyrənməyə və əməkdaşlıq etməyə hazırıq.

Aygül Süleymanova,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti