Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Sərt karantin rejimi daha iki həftə uzadılmalıdır, bu qaçılmazdır” – RƏSMİ AÇIQLAMA
"Təəssüflə qeyd etmək lazımdır ki, həmin gecədən (14 iyun aksiyaları) bir gün əvvəl, döyüşlərin davam etdiyi həmin günlər bu məsələni Operativ Qərargahda ciddi olaraq müzakirə etmişdik".
Yenisabah.az
xəbər verir ki, bunu Milli.Az-a müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
O bildirib ki, bu cür kütləvi tədbirlərin keçirilməsi, 5 nəfərdən çox adamın bir araya gəlməsi pandemiyayla mübarizədə ciddi fəsadlar yarada bilər:
"Ermənilərin sərhəddəki təxribatlarına etirazı nümayiş etdirmək üçün ordumuza dəstək məqsədilə kütləvi tədbirlərin keçirilməsi, eyni zamanda beynəlxlaq təşkilatların ofislərinin qarşısında mövqe göstərmək baxımından, emosionallıq, psixoloji dəstək baxımından bunlar hamısı əlbəttə ki, çox əhəmiyyətlidir, çox vacibdir. Lakin başqa şəraitlərdə. Yəni, hazırda pandemiya ilə Azərbaycan mübarizə apardığı üçün bizə daxildə ikinci cəbhə açmaq qətiyyən əlverilşli deyil. Bu cür kütləvi tədbirlərin keçirilməsi, 5 nəfərdən çox adamın bir araya gəlməsi pandemiyayla mübarizədə ciddi fəsadlar yarada bilər. Hələ bu aksiyalarda yüzlərlə, minlərlə adam olub. Digər şəhərlərimizi də götürsək, Sumqayıt olsun, Tovuz olsun, Bakı olsun, Qəbələ olsun fərq etməz. Hər bir yerdə yüzlərlə, minlərlə adam toplaşmışdı.
Orada birincisi hamı maska taxmamışdı, əksəriyyət maskadan istifadə etmişdi, bu bir. İkincisi, maska taxıb 2 metr məsafə saxlamamağın özü də yüksək yoluxma risqi daşıyır özündə. İstəyir maska olsun, dəfələrlə demişik ki, iki adam maska taxsa belə məsafə saxlamasa əhəmiyyəti olmayacaq. Əlbəttə ki, bu xoşməramlı hərəkətdir. Doğrudan da başqa bir vəziyyət olsaydı, pandemiya olmasaydı bu həddindən artıq çox başadüşüləndir və dəstəklənməli bir məqamdır, bunu ölkə rəhbəri də qeyd etdi. Amma pandemiya dövründə vətəndaşlarımızın hər biri qanuna uyğun hərəkət etməlidir. Hazırda Operativ Qərargaha hökümətin konkret olaraq qərarı var ki, 5 adamdan çox toplaşmaq olmaz, ikincisi, kütləvi tədbirlərin keçirilməsi istər bu toy olsun, istər yas mərasimi olsun, istər nümayiş olsun və s. qətiyyən yolverilməzdir və səbəbi də sırf pandemiyadır. Təəssüflə qeyd etmək istəyirəm ki, böyük ehtimalla bu aksiyalar yoluxma hallarının sayının artmasına gətirib çıxaracaq. Ümid edək ki, belə olmayacaq. Amma təəssüflə qeyd edək ki, buna ehtimal azdır. Çünki adam çox olub və xüsusilə Bakıda. Bakı da bilirsiniz ki, Azərbaycanda pandemiyanın episentridir. Digər bəzi rayon və şəhərlərimizlə müqayisədə Bakı bizdə ən epidemik mərkəzdir. Ona görə min adam, 3 min adam, 4 min adam bir yerə yığışanda mütləq şəkildə onların içində böyük ehtimalla koronavirusa yoluxan şəxslər olub, o cümlədən heç yoluxduğunu bilməyənlər də olub".
Şöbə müdiri qeyd edib ki, belə davam edərsə yoluxma sayı gündəlik 1000-ə çata bilər:
"Əgər 5-6 gündən sonra kəskin artım baş verərsə, bu, təəssüf ki, səhiyyə sistemini çox ciddi gərginliyə salacaq. Çünki adətən bu cür tədbirlərdən sonra inkubasiya dövrünü nəzərə alsaq, 5, 6, 7 gün sonra biz artım müşahidə edə bilərik. Təki olmasın, amma ehtimal var ki, olacaq. Xəstəxanalarda çarpayı ehtiyatının kəskin azalmasını müşahidə edə bilərik. Bu da o deməkdir ki, Azərbaycan diqqətini nəinki cəbhədə ermənlərin təxribatına qarşı, təəssüf ki, ölkə daxilində pandemiyanın daha da yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərə yönəltməli olacaq. Belə hallarla üzləşməmək üçün hamımız bir olub, təlimatlara əməl etməliyik ki, pandemiya Azərbaycanda tam nəzarətdə qalsın. Artım olmamalıdır, stabil olmalıdır ki, dövlət, hakimiyyət, ordu, xalq tam diqqətini yalnız hazırda Azərbaycanın Ermənistanla arasındakı proseslərə yönəltsin. Amma belə davam edərsə yoluxma sayı gündəlik 1000-ə çata bilər, ehtimal çox böyükdür. Çünki insanların kütləvi toplaşması Bakıdan əlavə həm Sumqayıtda, həm Tovuzda, həm Qəbələdə müşahidə edildi. Buralarda təşkil edilən yas mərasimləri hər kəsə bəllidir. Bu çox başadüşüləndir. Amma nəzərə almaq lazımdır ki, biz bugünkü gün ordumuzu təhlükə qarşısında qoyuruq. Çünki o yas mərasimlərində ordu nümayəndələrimiz də iştirak edirdilər, eyni zamanda şəhidlərimizin ailə üzvləri, yaxınları. Hamı emosiyalarını cilovlamalıdır, soyuqqanlı davranmalıyıq. Çünki biz indi elə şəraitdəyik ki, həm pandemiya, həm Ermənistanın təcavüzü davam edir. Hər şey "alman dəqiqliyi" ilə edilməlidir. Əks təqdirdə biz ciddi yoluxma ilə üzləşə bilərik, 1000-dən də çox yoluxma ola bilər və nəticədə xəstəxanalarda ciddi çarpayı problemi yaranacaq. Hamımız bunu anlamalıyıq, başa düşməliyik. Bəli, emosional məsələdir, bəli, dəstəyimizi nümayiş etdirməliyik. Amma hazırda ən yaxşı dəstək ölkə daxilində diqqətli olmaq, təxribatların qarşısını almaq, evdə oturmaq, pandemiyanın yayılmasına yol verməmək, dəstəyimizi informasiya məkanında göstərmək, əmr verilərsə səfərbərlikdir, o zaman dövlətə, orduya dəstəyimizi göstərməliyik. Amma buna qədər hamımız diqqətimizi pandemiyaya yönəltməlyik ki, dövlət iki cəbhədə vuruşmasın, diqqət Ermənistanın təxribatlarına cavab verməyə yönəldilsin. Sərtləşdirilmiş karantin rejimin sonu yaxınlaşır (20 iyul-red). Hazırda sağalanlarla yoluxanların sayında bərabərlik müşahidə edilir, hətta sağalanlar yoluxanlardan daha çox olur.
Həm dünya təcrübəsini, həm digər infeksiyalarla bağlı alimlərin təhlillərini, analizlərini nəzərə alaraq səhiyyə mütəxəssisi kimi fikrim ondan ibarətdir ki, mən açığı düşünürəm ki, sərtləşdirilmiş karantin tədbirləri, xüsusilə indiki dövrdə yenə əlavə iki həftə uzadılmalıdır, bu qaçılmazdır. Çünki biz böyük ehtimalla artımı görəcəyik. Nə qədər istəsək də, nə qədər ümid etsək ki, "İnşallah artım olmaz", amma biz soyuqqanlı düşünməliyik və başa düşməliyik ki, yüzlərlə, minlərlə insanın maskasız bir yerə toplaşması böyük riskdir".
Oxşar Xəbərlər
SMS-icazəyə limit qoyulması müzakirə olunacaq - TƏBİB
“Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin adı əbədiləşdirilsin”
190 manat iyun və iyul aylarında da verilsin
Operativ Qərargah
Xəbər lenti
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları