Aprelin 5-də keçirilmiş buraxılış imtahanının NƏTİCƏLƏRİ
Prezident Bakıda açılışda İŞTİRAK ETDİ -
FOTOLAR
Gömrüklə bağlı YENİ QAYDALAR
Baş nazirdən QƏRAR
Bərdədə qaçaqmalçılıq zənciri belə ifşa olundu -
Saxlanılanlar var
Belə cərimələri şikayət edə bilərsiniz, silinəcək
İlqar Əliyev həbsdə vəfat etdi
Neftin qiyməti ilə bağlı VACİB XƏBƏR
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
SON DƏQİQƏ!
AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Sabah saat 10:00–16:00-dək bu yollarda monitorinq aparılacaq -
Sürücülərin nəzərinə!
1-ci sinifə qəbul başlayır -
Tarix açıqlandı
Əvvəlki
Sonrakı
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanda iş yerləri niyə qəhətə çıxıb?
- "Hər şeyi pandemiyanın təsirinə bağlamaq olmaz..."
Azərbaycanda iş axtaranlar təkcə uyğun iş tapmaqdan şikayətlənmirlər, həm də yaş baryeri ilə üzləşməkdən narazıdırlar.
"Səni işə götürmürlər ki, 30 yaşında qocasan, 60 yaşında da pensiya vermirlər ki, hələ cavansan," -
sosial media istifadəçilərdən biri iş tapa bilməməsindən gileylənir.
İşaxtaranlar pandemiyanın onların vəziyyətinə pis təsir etməsi faktı ilə razılaşsalar da, ölkədə ixtisasına uyğun iş tapmaq imkanlarının olmamasını bütünlüklə pandemiya ilə əlaqələndirmək istəmədiklərini deyirlər.
Azərbaycan hökuməti bildirir ki, son bir ildə ölkədə 129 mindən çox iş yerləri açılıb. Dövlət Statistika Komitəsi ölkədə 2020-ci ildə işsizliyin artdığını açıqlayıb. Azərbaycanda işsizlərin sayı ötən il 375,9 min nəfər olub. Bu, öncəki illə müqayisədə təxminən 122 min çox işsiz deməkdir.
Bəzi iqtisadi təhlilçilər hesab edirlər ki, ölkədə karyera planlaşdırılmasında problemlər var. Dövlət Məşğulluq Agentliyi isə işaxtarma ilə bağlı müşahidə edilən problemləri aradan qaldırmaq üçün proqramlar hazırladıqlarını bildirirlər.
Fotoqrafiya ilə məşğul olmuş, pandemiya müddətində işini itirmiş Orxan Sultanov otən ilin dekabrından hələ də özünə iş tapa bilmir. O deyir ki, indiyədək 100-dən çox iş yerinə email yazıb, CV göndərib, ancaq heç bir cavab almayıb.
Biznesin təşkili və idarəolunması üzrə təhsil alsa da əmək fəaliyyətini kargüzarlıq üzrə davam etdirən Şərqiyyə Məmmədzadə də üç aydır iş axtarışındadır. O bildirir ki, sonuncu iş yeri hüquq-mühafizə orqanlarının birinin katibliyində olub:
"Bir il işlədikdən sonra sevdiyim sahə olmasına rəğmən maaşı az idi deyə sevimli işimi tərk etdim".
Şərqiyyə Məmmədzadə deyir ki, hazırda iş axtarışında "ən yaralı məqam" CV göndərmək və həmin CV-yə cavab almaqdır:
"Müsbət və ya mənfi cavab, məsələn, mənim hansısa cəhətim xoşuna gəlmədisə, HR bunu emaildə yazıb göndərə bilər. Ancaq o zəhməti də özlərinə vermirlər. Versələr, mən də bilərəm ki, mənim hansı cəhətim xoşlarına gəlməyib, dolayısı ilə mən bu cəhəti özümdə inkişaf etdirərəm. Mən üç aydır iş axtarışındayam, bu az müddət deyil və əgər indiyədək məndə çatışmayan cəhətləri hansısa HR mənə desəydi, bu üç ayda bunun üzərində işləyə bilərdim".
Şərqiyyə Məmmədzadə deyir, indi özünü inkişaf etdirir ki, uyğun maaşlı ixtisas üzrə iş tapa bilsin.
Sosial şəbəkələrdə Azərbaycanda müxtəlif qurumlar tərəfindən iş elanları tez-tez geniş müzakirə olunur. Hətta küçə elanlarında belə vaxtaşırı gənc qadınların, yaşı 30-dan yuxarı olmayan insanların işə dəvət olunması barədə məlumatlar görmək olur.
İqtisadi təhlilçi Toğrul Vəliyevə görə, post-pandemiya dövrü iş yerlərinin sayının az olması, günəmuzd işlərin həcminin azalması ilə səciyyələnir:
"Bir çox yerlər məhdud şəkildə fəaliyyət göstərir. Və ya ümumiyyətlə vəsait yoxdur. Pandemiya dövründə bir çoxları böhranla üzləşdilər. İndi kifayət qədər vəsaitləri yoxdur, ona görə də biznesləri bərpa olunmayıb. Bir çox sahələr 2019-cu ildə olan vəziyyətə qayıtmayıb".
İqtisadçı hesab edir ki, pandemiya dövründə ən çox zərərlə üzləşən sahələrdən biri turizmdir və burda çalışan insanlar işlərini itirdikləri üçün digər sahələrə axın ediblər.
Toğrul Vəliyev onu da əlavə edir ki, indi ağır karantin rejimi olmadığından müəyyən qədər vəziyyəti kompensasiya etmək üçün imkanlar yaranıb
: "Ümumi şəkildə isə ciddi dəyişiklik müşahidə etmirəm. Ancaq bəzi sahələrdə də imkanlar yarandı. Misal üçün, başlayaq tikintidən. Karantin dövründə günəmuzd fəhlələri cəlb etmək mümkün deyildi. Ancaq indi qapanma yoxdur deyə onları işə cəlb etmək olar. Məsələn, sərt karantin rejimində maşını olan insanlara pul qazanmaq imkanı yarandı. Çünki ictimai nəqliyyat tamamilə çalışmırdı. Bu dövrdə taksi xidmətinə axın oldu".
Toğrul Vəliyevin fikrincə, Azərbaycanda iş tapmaqla bağlı yaranmış çətinliklərin bəzisi də təhsil sistemindən qaynaqlanır:
"Azərbaycanın təhsil sistemi bazarın imkanlarına, vəziyyətinə uyğunlaşmır. Bizdə elə sahələr var ki, oraya yüksək tələbat olmasa da çox insan təhsil alır. Elə sahələr də var ki, əksinə heç kim oxumur, ancaq ora tələbat yüksəkdir. Təəssüflər olsun ki, baxmayaraq ki, bununla bağlı strategiya qurulub, müzakirələr gedib, ancaq vəziyyət bazar imkanlarına hələ də uyğunlaşmayıb". Problemin illərdir davam etdiyini vurğulayan iqtisadçı ona da təəssüf edir ki, Azərbaycanda yüksək tələbat olmamasına rəğmən, iqtisadi sahədə çox tələbə təhsil alır.
O vurğulayır ki, ölkədə "hüquqşünasa, kənd təsərrüfatı sahəsində ixtisaslı kadrlara tələbat var, ancaq bu sahələrdə buraxılan təhsilli şəxslər çox azdır".
Təhlilçi hesab edir ki, uyğunlaşdırma aparılmadığına görə, problem hələ uzun müddət davam edəcək.
Karyera məsləhətçisi Toğrul Ələkbər pandemiya zamanı iş imkanlarının azlığı ilə bağlı deyir ki, işini bilən adama iş həmişə var:
"Mən hazırda karyera planlanması ilə bağlı birinci kursda dərs deyirəm. Çox sevinirəm. Çünki bu uşaqlara məhz birinci kursdan izah etmək lazımdır ki, sən 4 ildən sonra əmək bazarında nəyə əsasən qiymətləndiriləcəksən. Mən onlara izah edirəm ki, GPA (qiymət ortalaması-red.) ən önəmlisi deyil".
Toğrul Ələkbər deyir ki, Azərbaycanda ixtisası olan və işini bilən hər kəs özünə iş tapa bilər. Ona hər həftə müxtəlf sahələrdə işçi tələbi ilə müraciətlər daxil olur. O hesab edir ki, burada əsas məsələ şəxslərin ixtisaslarına maraqlarının olub-olmamasıdır.
"Burada əsas məsələ odur ki, sənin bu işə marağın varmı? Marağın varsa, sən özünü inkişaf etdirmisənmi? Özünü inkişaf etdirmisənsə, sən rəqabətə qalib gəlib istədiyini əldə edə bilərsən".
Toğrul Ələkbər təhsilin əmək bazarının tələblərinə cavab verən ixtisas sahiblərini yetişdirmədiyini desə də, vurğulayır ki, hazırda əmək bazarı daha çox bacarığa əsaslanır. O, əmək bazarında rəqabət prinsipini xatırladır
: "Nə oxuduğun yox, nə bacardığın daha önəmlidir. Bizdə isə ixtisasa bağlı olduğumuzdan düşünürük ki, mən əmək bazarında iş tapacam. Əmək bazarı isə deyir ki, yox, bu, elə işləmir. Nə bacarırsan, onu de. Namizəd bacarmırsa, əmək bazarı deyir ki, qoy bacaran gəlsin".
Lakin o vurğulayır ki, indi Azərbaycanda həm də əmək bazarının tələblərinə cavab verən şəxs tapmaq çətindir.
Təhsil sistemində bu problemlə bağlı həll edilməli məsələlərə toxunan Toğrul Ələkbər deyir ki, Azərbaycanda son bir neçə ildə üç univesitetdə - ADA, UNEC və Mingəçevir Dövlət Universitetində karyera planlaması dərsləri tətbiq olunmağa başlayıb. Lakin o düşünür ki, karyera planlanması universitetlərdən yox, məktəblərdən başlanmalıdır:
"Fikrimcə, məktəblərdə karyera planlaşdırılması dərsi keçirilməlidir. Bu uşaqlar ixtisas seçimini düz etsinlər, çünki ixtisas seçimi iqtisadiyyata girişin ən vacib sütunlarından biridir. İxtisasını özünə uyğun seçsələr, həm vaxt itirməyəcəklər, həm sonradan kiminsə yerini tutmayacaqlar, həm də dəyişməyə ehtiyac duymayacaqlar. Ona görə də məktəblərdə peşəyönümü testləri tətbiq olunacaq".
Toğrul Ələkbər vurğulayır ki, Azərbaycanda karyera planlaşdırılması yeni paradiqma olduğu üçün bu sahədə həm də mütəxəssislərin yetişdirilməsinə ehtiyac var.
Dövlət Məşğulluq Agentliyindən "BBC News Azərbaycanca"-ya bildirilib ki, Azərbaycanda əmək bazarının real vəziyyətini təsvir etmək üçün ardıcıl təhlillər və araşdırmalar aparılıb.
Qurum müəyyən edib ki, ötən 5 ildə Azərbaycanda ən çox ərzaq və qeyri-ərzaq məhsullarının satıcıları, ictimai işlərdə çalışanlar, menecerlər, müəllimlər, tikinti və sənaye fəhlələri, ustalar, kommunal xidmətlər sahəsində çalışanlar, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri, mühafizəçilər ilə əmək müqavilələri bağlanıb.
Dövlət Məşğulluq Agentliyi hansı sahələrdə işçiyə tələbatın azaldığı barədə suala cavab verməyib, amma pandemiya dövründə daha çox distant, onlayn, kənardan idarə olunan işlərin formalaşdığını açıqlayıb.
Agentlik bildirib ki, Azərbaycanda gələcəkdə məlumatların təhlili və analizi, süni intellekt və maşın öyrənməsi, böyük məlumatlar (Big Data) bazası, rəqəmsal marketinq və strategiya, habelə prosesin avtomatlaşdırılması mütəxəssislərinə böyük tələbat yaranacağı gözlənilir.
Qurumun təhlilinə görə, kargüzarlıq, mühasibatlıq, audit, müştəri xidmətləri, maliyyə analizi, satış nümayəndələri və inşaat işçiləri əmək bazarında aktuallığını itirməyən peşə və ixtisaslar sırasındadır.
Dövlət Məşğulluq Agentliyi əmin edib ki, aktiv məşğulluq tədbirləri vasitəsilə əmək bazarının ehtiyaclarının qarşılanması üçün addımlar atılır. Qurum bu addımlara misal olaraq peşə hazırlıq məktəbləri yenidən qurulmasını və tələbata uyğun peşə hazırlığının aparılmasını göstərib və əlavə edib ki, bu il üç min nəfərin İSO beynəlxalq standartlarına uyğun mütəxəssis kimi hazırlaşdırılması hədəfdir. Dövlət Məşğulluq Agentliyi inanır ki, bununla işçi qüvvəsinin rəqabət qabiliyyəti artırılacaq.
Ancaq Dövlət Məşğulluq Agentliyi 2019-cu ildən indiyə kimi olan ixtisarların hansı sahələri və peşələri əhatə etməsi, ixtisar edilən sahələrdə işçilərin yaşları üzrə təhlil aparılıb-aparılmaması, işəgötürülmə zamanı yaşa və ya cinsə görə diskriminasiya ilə uzləşmə halları barədə şikayətlərin olub-olmaması ilə bağlı suallara cavab verməyib.
"AzPolitika.info"
Oxşar Xəbərlər
“İkinci dalğa gəlir“ - Prezident xəbərdarlıq etdi
İşsizlərin nəzərinə!
Son bir ildə 1079 bank işçisi öz işini itirib
Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı iki dəfə azalıb
Xəbər lenti
Aprelin 5-də keçirilmiş buraxılış imtahanının NƏTİCƏLƏRİ
Qarabağ, Şərqi Zəngəzur keçmiş münaqişə zonasından beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə transformasiya
Sürücülərin NƏZƏRİNƏ:
Onlara YOL verəcəksiniz
Prezident Bakıda açılışda İŞTİRAK ETDİ -
FOTOLAR
Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ
Gömrüklə bağlı YENİ QAYDALAR
Baş nazirdən QƏRAR
Bərdədə qaçaqmalçılıq zənciri belə ifşa olundu -
Saxlanılanlar var
Bakıda güclü külək əsəcək -
XƏBƏRDARLIQ
Belə cərimələri şikayət edə bilərsiniz, silinəcək
May ayının 6 günü ilə bağlı CİDDİ XƏBƏRDARLIQ -
Uğursuz olacaq
İlqar Əliyev həbsdə vəfat etdi
5 gün ardıcıl iş olmayacaq
Neftin qiyməti ilə bağlı VACİB XƏBƏR
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ -
Bu gün saat 10:00-16:00 aralığında...
SON DƏQİQƏ!
AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
Sabah saat 10:00–16:00-dək bu yollarda monitorinq aparılacaq -
Sürücülərin nəzərinə!
1-ci sinifə qəbul başlayır -
Tarix açıqlandı
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş -
Hər ikisi oğurluq edib
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Bu tiktoker ev dustaqlığına buraxıldı —
FOTO
Şərurlu İsfəndiyar Ermənistanda bina tikəcək? -
ÖZÜ DANIŞDI
Prezident Sərəncam İMZALADI
Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı
Baş nazir ƏMR İMZALADI
Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
"Ürəyim qan ağlayır" -
14 yaşlı qızın ANASI DANIŞDI
Ərdoğan Ermənistana GEDİR? -
İrəvan rəsmi dəvət GÖNDƏRDİ
SON DƏQİQƏ:
Rəşad Dağlı azadlığa çıxa bilər
Gürcüstanda şok çalxalanma:
Saakaşvili satqınları ifşa etdi
Həkim, pasiyent və aptek bir sistemdə -
AÇIQLAMA
Mayda iki dəfə iş saatı qısaldılacaq
Neftin qiyməti ilə bağlı
SON DƏQİQƏ XƏBƏRİ
Elşən Xəzərin qızı Tik-Toker kimi məhşurlaşan "Beniz"in məhkəməsində ifadə verdi
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -
Ölən və yaralanan var
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi
Kraldan Trampa qəribə
XƏBƏRDARLIQ
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu -
FOTO
Verilişi Zaur yox, xanəndə aparacaq
PRİZMA
Qarabağ, Şərqi Zəngəzur keçmiş münaqişə zonasından beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə transformasiya
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Sürücülərin NƏZƏRİNƏ:
Onlara YOL verəcəksiniz
Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ
Bakıda güclü külək əsəcək -
XƏBƏRDARLIQ
May ayının 6 günü ilə bağlı CİDDİ XƏBƏRDARLIQ -
Uğursuz olacaq
5 gün ardıcıl iş olmayacaq
Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ -
Bu gün saat 10:00-16:00 aralığında...