AZAL-ın ilk qadın pilotları işə başlayıblar – VİDEO

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətində ilk qadın pilotlar işə başlayıb.
Bu barədə AZAL-dan məlumat verilib. Fidan Məmmədova, Elnarə Vasilyeva, Marina Sviridova və Könül Əfəndiyeva AZAL-ın ilk qadın pilotları kimi tarixə düşüb.
Qeyd edilib ki, xanımlar Azərbaycan Milli Aviasiya Akademiyasında təhsil alıb, bütün imtahanları əla qiymətlərlə verib və yekun praktik sınaqları da uğurla keçiblər. Hazırda onlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}