Buzovnada insanlara satılan dönər at ətindən imiş:
"FQ Foodex" MMC İFŞA EDİLDİ
Tokayev: "Gözləyirik"
151 nəfər Xocalı və Ağdərəyə qayıtdı
Səbail rayonunda heroin satan narkokuryer saxlanılıb
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin -
SİYAHI
Alim Qasımovdan 5 milyonluq villa barədə -
AÇIQLAMA
Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar
Bakıda reklam şirkətindən oğurluq oldu
Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... -
Abovyan
Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi –
Yeni detallar
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...
Nazirlik imtahan nəticələrini açıqladı
Əvvəlki
Sonrakı
Trampın planı dərc edildi
18-08-2025, 13:24
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
13-07-2025, 14:49
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
3-07-2025, 22:15
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bu banklara görə Azərbaycan cərimələndi – Avropa Məhkəməsindən qərar
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mənim 2016-cı il tarixli şikayətlərim əsasında borcunu ödəyə bilmədiyinə görə üç vətəndaşımızın inzibati qaydada həbsini qanunsuz hesab etdi.
Sozcu.info xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, qanunsuz həbs edilmiş hər vətəndaşa dövlət 3600 avro kompensasiya ödəməlidir. Vaxtında ödəməsə, bu məbləğin üzərinə faiz gələcək.
“Bu işlər barədə və ümumiyyətlə borca görə həbslərə dair son 5 il ərzində dəfələrlə yazmışam. O cümlədən yazmışdım ki, “Borca görə həbs – ölkəmiz üçün rüsvayçılıq, hüquq sistemimizə ləkədir! Allahın köməyi ilə bu zülmün kökünü kəsəcəyik.”
Hər kəs borcuna görə yalnız əmlakı ilə cavabdehdir. Əmlakı yoxdursa, borcu da ödəmir və buna görə heç bir məsuliyyət daşımır. Nə canı, nə də azadlığı ilə!
Lakin Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul edib.
Formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəyə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər. Amma bu zaman səbəbin niyə üzrsüz olduğunu hakimlərimiz əsaslandırmır. Faktiki olaraq əmlakı olmayan işsiz şəxsləri həbs edirlər. Başqa sözlə, “Keçəl Həsən, ya Həsən keçəl” məsəlidir! Yəni faktiki olaraq vətəndaşı elə məhz borcunu ödəyə bilmədiyinə görə həbs edirlər.
AİHM şikayətlərimi təmin edərək bu həbslərin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) pozduğunu təsdiq edib. Çünki məhkəmələrimiz borcluların təqsiri məsələsini araşdırmayıb. AİHM-in qənaətinə görə vətəndaş maddi imkansızlığını səbəb gətirərək borcunu ödəyə bilmirsə, bu faktı sübut etməli deyil. Əksinə, ittiham tərəfi (icra məmuru) əksini sübut etməlidir (yəni pulu var, amma ödəmir).
Şikayətlərimdə həmçinin Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin (“Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) pozulduğunu göstərmişdim. Həmin maddədə deyilir: “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. AİHM 6-cı maddənin pozulduğunun aşkar olduğu üçün bu maddənin pozulmasının araşdırılmasına artıq lüzum görməyib.
İndi isə sözügedən üç vətəndaşın işlərini xatırladıram.
1. Kərimov Vahid Turab oğlu (1987-ci il təvəllüdlü) digər şəxsin “Rabitəbank” ASC qarşısındakı 10000 manat məbləğində kreditə görə zamin durmuşdur. Kreditdən 7255,7 manat ödənilməmiş qalıq borc qalmışdır. Həmin borc o cümlədən zamin olan, 2 və 3 yaşlı iki uşaq atası, işsiz olduğu üçün heç ailəsini dolandıra bilməyən Kərimovdan da məhkəmə qaydasında tələb edilmişdir. Bankın təkidi ilə Səbail rayon İcra şöbəsinin icra məmuru Tağıyev Cəmil Nizami oğlunun təqdimatına əsasən Səbail rayon məhkəməsinin hakimi Əhmədov Rauf Dəmirqan oğlunun 11 mart 2016-cı il tarixli qərarı ilə Kərimov 10 gün müddətinə həbs edilmişdir. Verdiyimiz şikayətə 14 mart 2016-cı il tarixdə baxmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Qail Fazil oğlu qərarı qüvvədə saxlamışdır.
Bu həbslə bağlı 2016-cı ildə hətta “Rabitəbank”-ın Müşahidə Şurasının sədri və eyni zamanda Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevə müraciət etmişdim. Məktubumda ona o cümlədən xəbərdarlıq etmişdim ki, rəhbərlik etdiyi bankın imkansız vətəndaşı həbs etdirməsinin, “baş vermiş bu rəzalətin nəticələri çox ağır ola bilər”. Lakin o, mənə cavab vermədi.
AİHM-in qərarına əsasən qanunsuz həbsə görə Kərimova Azərbaycan dövləti tərəfindən 3600 avro məbləğində kompensasiya ödənilməlidir.
2. Bayramov Mübariz İsaxan oğlu (1977-ci il təvəllüdlü) götürdüyü kreditlər üzrə “Unibank” KB ASC-yə və telefon dükanına cəmi 3880 manat borclu qalmışdır. İşsiz olan və ağır şəraitdə yaşayan Bayramov borcu ödəyə bilməyib. Bankın əməkdaşı ona hətta təklif edib ki, böyrəyini satıb borcunu ödəsin. Nəricədə bankın təkidi ilə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Kazımov Zamiq Mütəllif oğlunun təqdimatına əsasən Nərimanov rayon məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlunun 24 noyabr 2016-cı il tarixli qərarı ilə Bayramov 5 gün müddətinə həbs edilmişdir. Verdiyimiz şikayətə 26 avqust 2016-cı il tarixdə baxmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Qail Fazil oğlu qərarı qüvvədə saxlamışdır.
AİHM-in qərarına əsasən qanunsuz həbsə görə Bayramova Azərbaycan dövləti tərəfindən 3600 avro məbləğində kompensasiya ödənilməlidir.
3. Abbasov Mahir Nəsrəddin oğlu (1965-ci il təvəllüdlü) digər vətəndaşa (özünün dediyinə görə sələmçiyə) 31300 manat borcu qalıb. Göygöl rayon İcra şöbəsinin təqdimatına əsasən Göygöl rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qərarı ilə Abbasov 10 gün müddətinə həbs edilmişdir. Verilən şikayətə 24 iyun 2016-cı il Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdır. Sonradan barəsində cinayət işi də açılaraq Göygöl rayon məhkəməsinin hökmü ilə 4 ay, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə isə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir.
AİHM-in qərarına əsasən qanunsuz həbsə görə Bayramova Azərbaycan dövləti tərəfindən 3600 avro məbləğində kompensasiya ödənilməlidir.
Əlbəttə, ötən illər ərzində xeyli belə həbslər olub və indi də var. Elan etmişdim ki, bu kimi həbslər üzrə Avropa Məhkəməsinədək işləri pulsuz aparacağam. Apardım da. Lakin təəssüf ki, müraciət edən çox olmadı (çox olsaydı, yəqin ki, AİHM-in qərarı daha tez olardı). İnsanlarımızda ədalətə inam azdır. Əminəm ki, bu qələbəmizdən sonra inam daha çox olacaq.
Borcunu ödəyə bilməyən vətəndaşımızı banklar, sələmçilər, kollektorlar, icra məmurları daim həbslə hədələyir. İnsanları stressə salır, intihar həddinə çatdırırlar. Ailələr dağılır. Bəziləri yeganə evini satmalı olur, qonşu-qohum-tanışları qarşısında alçalaraq borc istəməyə başlayır və s. və i.a. Bütün bunlar bitdi! Belə hədələrlə üzləşənlər AİHM-in qərarına istinad etsin və haqqını tələb etsin. Yaxında bu qərarın Azərbaycan dilinə tərcüməsi də təmin olunacaq.
Əminəm ki, hansısa icra məmuru yenə də həyasızlığına salıb borclunun qanunsuz həbsi barədə təqdimat versə də, bundan sonra heç bir hakim dövlətimizə birbaşa maddi ziyan vuran qanunsuz həbs qərarları çıxarmaz! Çıxarsalar, bu olacaq açıq-aşkar qanunsuz qərar və onların özü barəsində tədbir görüləcək!”.
Oxşar Xəbərlər
Azərbaycanda sensasiya: millət vəkili borca görə deputat vəsiqəsini girov qoyub
Borca görə bankın qarşısında özünü yandırdı - Bakıda dəhşətli intihar
Vergi borcuna görə ev əşyaları satıla bilərmi? - VİDEO
Gürcü oğruları Avropa İttifaqını təngə gətirib
Xəbər lenti
Buzovnada insanlara satılan dönər at ətindən imiş:
"FQ Foodex" MMC İFŞA EDİLDİ
Tokayev: "Gözləyirik"
8 ayda 36,2 min nəfərə əlillik təyin olunub
151 nəfər Xocalı və Ağdərəyə qayıtdı
Səbail rayonunda heroin satan narkokuryer saxlanılıb
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin -
SİYAHI
Bakıda mikroavtobus qəzaya uğradı -
yaralılar var
Alim Qasımovdan 5 milyonluq villa barədə -
AÇIQLAMA
Bəzi rayonlarda leysan olub
Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar
Bakıda reklam şirkətindən oğurluq oldu
Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... -
Abovyan
Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi –
Yeni detallar
Bu obyektlərdə yanğın təhlükəsi var! -
DİQQƏT
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...
Gediş haqqı məsafəyə görə ödəniləcək?
Azərbaycanın bu bölgələrində leysan var...
Nazirlik imtahan nəticələrini açıqladı
Beyləqanda kafedə atışma:
iki nəfər...
Azərbaycanda xüsusi əməliyyat keçirildi:
20-dən artıq şəxs saxlanıldı
Bakıda yük maşını körpüdən avtomobillərin üzərinə aşdı -
ÖLƏNLƏR VAR
Pensiyalar bu tarixdə yenidən artırıla bilər
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin -
Qiymətini açıqladı
Qayınata ilə kürəkən bir-birini bıçaqladı, ölən var
Ölkə internetində yaranan problemin SƏBƏBİ AÇIQLANDI
Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"
Dünyanın gözlədiyi tarix: siyahıda ölkəmiz də olacaq? – İLK
Rektor özünə köməkçi və müşavirlər təyin etdi -
FOTO
Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin GÖRÜŞÜ OLDU
Kanalda boğulan qardaşlardan birinin toyu olacaqmış
Nizami rayonunda “Sizin Məkan” kafesində artırma işlərinə hansı məmur icazə verib?
Polis quldurluq və soyğunçuluq edən şəxsi saxladı
İki milyardlıq zərər:
Universitet və nazirliklər Bakıdan köçürülür?
Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib -
Hökumənin atası
Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb –
SİYAHI
Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Ayaq üstə durmaqda və gəzməkdə çətinlik çəkir -
Kadırovun yeni görüntüləri gündəm oldu
"Müdafiə Nazirliyi" "Müharibə Nazirliyi" olacaq
Naxçıvanda istirahət mərkəzində ailə faciəsi -
Ölənlər var
“WhatsApp”a gizlilik funksiyası gəldi
Putin Azərbaycanla münasibətlərindən danışdı
Hadrutda evlər təmir olunacaq -
2,1 milyon manat ayrıldı
Qubadlı İcra Hakimiyyəti 254 min manatı nəyə xərcləyəcək?
Azərbaycan MDB-dən çıxır? -
AÇIQLAMA
Salyanda qaz olmayacaq
Sakinlərdən yığılan bu ödəniş qanunsuzdur -
Hüquqşünas
Beyləqan RİH-də növbəti vətəndaş qəbulu keçirilib
Ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı qərar
Vasif Talıbovun şirkətinə niyə heç kim sahib çıxmadı? —
MÜƏMMALI LƏĞV
Xanlarovanın şirkəti Şərur sakininin torpağını zəbt edib
PRİZMA
Rusiyanın “Dərbənd İttifaqı” qorxusu
-Xəqani Cəfərli yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
8 ayda 36,2 min nəfərə əlillik təyin olunub
Bəzi rayonlarda leysan olub
Gediş haqqı məsafəyə görə ödəniləcək?
Azərbaycanın bu bölgələrində leysan var...
Pensiyalar bu tarixdə yenidən artırıla bilər
“WhatsApp”a gizlilik funksiyası gəldi