Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri açıqlanıb

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz və ya 65,4 milyon manat artaraq 861,7 milyon manat icra edilib.
“Report” xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.
Qeyd olunub ki, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 896,1 milyon manat proqnoza qarşı 96,2 faiz və ya 34,3 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,2 faizini təşkil edib.
Bu ilin yanvar-iyun aylarında məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə mart ayında az, digər aylarda çox icra edilib.


Oxşar Xəbərlər

Xəbər lenti