TƏHSİL NAZİRLİYİNƏ AİD 250 MAAŞ KARTI YOXA ÇIXIB

Təhsil Nazirliyinin 11 saylı Ərazi Hesablaşma Maliyyə İdarəsinin rəisi Natiq Misirovun 250 maaş kartını özündə saxladığı haqda məlumatlar yayılıb.
Məlumata görə, N.Misirovun rəhbərlik etdiyi 4 rayon üzrə mühasiblərinin vasitəsi ilə 250-dən çox texniki işçinin maaş kartını özünküləşdirib hər ay mənimsədiyi deyilir.
Bununla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən hər hansı araşdırma aparılarsa, ciddi nöqsanlar aşkarlanacağı bildirilir.
N.Misirovun əldə etdiyi gəlirlər hesabına varlandığı, lüks avtomobil aldığı xəbər verilir. Belə idarə rəisi olan Misirov Nazirliyin verdiyi bütün inventarları direktorlara pulla satır. Bu da onun qazanc mənbələrindən biridir.
Qeyd edək ki, onun hərbi xidmətdə olmadığı halda dövlət qulluğunda işləməsi də sual edilir və müzakirələrə yol açıb.


Oxşar Xəbərlər

Xəbər lenti