“Mülki geyimdə polislər də qəfil yoxlamalar keçirəcək” - DİN

"İri ticarət mərkəzlərinin qarşısına heç bir dövlət nümayəndəsi, polis qoyulmağı nəzərdə tutulmur. Yalnız həmin sahibkarlıq subyektlərinin rəhbərlərinə tapşıralacaq. Və özləri təyin etdikləri yoxlama üsulları ilə həmin ərazilərə girən vətəndaşların COVID-19 pasportu yoxlanılacaq”. 
Sozcu.info xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu gün keçirilən brifinqdə deyib. 
O həmçinin bildirib ki, monitorinq qrupları ilə birgə mülki geyimdə olan polislər qəflətən yoxlanılmalar keçirəcək: 
“Əgər vətəndaş həmin iri ticarət mərkəzlərinə COVID-19 pasportu olmadan yoxlanıcını yayındırıb daxil olubsa, bu zaman məsuliyyəti həmin obyekt rəhbərləri daşıyacaq”.


Oxşar Xəbərlər

Xəbər lenti