"Mall"lara və restoranlara kimlər girə biləcək, 1 doza peyvənd olunanlar yoxsa pasportu olanlar? - AÇIQLAMA

Oktyabr ayının 1-dək COVID-19-a qarşı birinci doza peyvənd olunanlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə girə biləcək.
Bu sözləri Sozcu.info-a açıqlamasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O, sözügedən məhdudiyyətlərlə bağlı Nazirlər Kabinetinin 26 İyul 2021-ci il tarixli qərarının ötən gün dəyişdirildiyini qeyd edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 26 İyul 2021-ci il tarixli qərarında yaşı 18-dən yuxarı olan şəxslərin ictimai iaşə müəssisələrindən, mehmanxanalardan və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) olduğu halda istifadə edə biləcəkləri qeyd olunurdu.
Daxili İşlər Nazirliyinin daha əvvəlki açıqlamasında da sentyabrın 1-dən etibarən yalnız COVID-19 pasportu olan şəxslərin ictimai iaşə müəssisələrindən, mehmanxanalardan və iri ticarət mərkəzlərindən istifadə edə biləcəyi qeyd olunurdu.
Qeyd edək ki, Nazirlər Kabinetinin sözügedən qərarının tələblərinin bu istiqamətdə dəyişilməsi ilə bağlı məlumatı ötən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov açıqlamışdı.


Oxşar Xəbərlər

Xəbər lenti