Türkiyədə müalicə alan daha 3 qazi sağalaraq Azərbaycana qayıdıb

Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
“YAŞAT” Fondundan Sozcu.info-a verilən məlumata görə, ağır yaralanan və müalicə üçün Fond tərəfindən Türkiyəyə göndərilən İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu sağalaraq Vətənə geri dönüb:
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti