Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Bakı Metropoliten”indəki maxinasiyalar
— Zaur Hüseynov necə “yeraltı dünyanın kralı” oldu?
Hər gün paytaxt sakinləri metrodan istifadə etmək üçün yerin altına enir, kimisi işə tələsir, kimisi evə, amma heç birimizin yerin tərkində gizlədilən, qaranlıq tunellərdə görünməz olan maxinasiyalardan xəbəri yoxdur. Halbuki, metro stansiyalarında gözümüzün önündəki reklam afişalarına belə diqqət etsək bu afişalarda xeyli sərvətin olduğunu görə bilərik. Amma əsl sərvət bizim görə bilmədiyimiz qaranlıq tunellərdə, yerin tərkində gizlədilib və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu sərvətin belə demək mümkünsə üzərində əyləşib.
Metroda gediş haqqının artırılması məsələsi gündəmə gəldiyi üçün bütün diqqət yeraltı dünyaya yönəldi və istər-istəməz Zaur Hüseynovun qaranlıq tunellərdə gizlətdikləri də diqqətdən qaçmır.
Hələ bir müddət öncə Şöhrət ordenli, Prezident təqaüdçüsü, 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun müraciətini xatırladıq.
Həmin müraciətdə olduqca mühüm məsələlər yer alırdı. Onlardan bir neçəsinə diqqət yetirək.
Uzun illər metroda çalışmış Akif Zeynalov bildirirdi ki, 2015-ci il may ayından istismarda olan 4,8 milyon dollar dəyərində alınmış “Diaqnostik vaqon-laboratoriya kompleksi” (qısaca olaraq “Diaqnostika vaqonu”) yolun parametr ölçülərinin vəziyyətini yoxlayıb, düzgün qiymətləndirmək imkanına malik deyil.
“Bu vaqon ümumiyyətlə öz funksiyasın icra etmək qabiliyyətinə malik deyil. Bu səbəbdən “Bakı Metropoliteni” yollarında qatarların təhlükəsiz hərəkətinə zəmanət verən avadanlıq və qanuni sənəd yoxdur. Yolun nə vəziyyətdə olduğunu bilmədən və əsaslı sənəd olmadan kor-koranə qatarları təyin edilmiş surətlə yola buraxırlar.
“Diaqnostika vaqonu” “Bakı Metropoliteni” yollarının qəza vəziyyətində olduğunu göstərir. Yəni yolun vəziyyətinin cərimə bal qiymətinin 5 min baldan çox olduğunu göstərir. Metropolitenin yollarında ən vacib və təhlükəli sahə hesab edilən 45 ədəd “strelka”ların qabarit ölçülərinə nəzarət edilmir. Strelkaların qabarit ölçülərinə nəzarət edilməməsi qatarların hərəkətinə qəza vəziyyəti yaratmaq deməkdir. Hazırda qatarlar Allah ümüdinə bu strelkaların üzərində hərəkət edir.
Qeyd edək ki, 2014-cü ildə Moskva Metropolitenində məhz strelkada dəhşətli qəza baş vermişdi.
Yeni alınan qatarların ilk istismarı vaxtı qəzalı vəziyyət yaranıb. Belə ki, 8 iyun 2015-ci il tarixində qatar “Elmlər Akademiyası”ndan gələrək, “Nizami” stansiyasında dayananda vaqonların alt hissəsində güclü qızma baş verib və şpalı yandırıb.
Eyni hadisə 9 və 10 iyun tarixində də olub. Lakin bu hal ictimaiyyətdən gizlədilib. Hazırda təzə vaqonlar nasaz vəziyyətdədir. Buradan məlum olur ki, Zaur Hüseynov 15 ədəd yararsız qatar və öz funksiyasını icra etmək imkanına malik olmayan “Dioqnostika vaqonu” alaraq, maxinasiyaya yol verib”.
Açıq mənbələrdə yayılan digər məlumatlara da diqqət edək:
– Dəmir Beton Konstruksiyalar Zavoduna dövlət büdcəsindən QSC-yə ayrılan maliyyə hesabına yeni texnika alınıb. Alınan texnikalardan təkcə birinin qiyməti 4 milyon manatdır. Rəsmi sənədlərdə yeni texnikanın zavodda istifadə olunduğu göstərilsə də, əslində QSC rəisinin göstərişi ilə büdcənin pulları hesabına alınan texnika rayonların birində təyinatından kənar istifadə olunur. Əvəzində zavodun ehtiyaclarını ödəmək üçün lazım olan texnika başqa şirkətlərlə müqavilə bağlanaraq, icarəyə götürülüb. Hər iki halda pul mənimsənilir. Həm dövlətin malı olan texnika fərdi şəxslərə icarəyə verilir və oradan gələn gəlir şəxsi ciblərə gedir, həm də şirkətlərdən müqavilə əsasında götürülən texnikanın icarə haqqı rəsmi sənədlərdə ikiqat yüksək göstərilərək, məbləğin yarısı mənimsənilir.
– Texnikaların alınması zamanı da dövlət büdcəsindən ayrılan supsidiyalar mənimsənilməsi baş verir. Həmçinin, texnikanın malik olduğu yükgötürmə qabiliyyəti də dəfələrlə şişirdilir. Misal üçün, alınan “kranlar” rəsmi sənədlərdə 25 ton yük qaldırma qabiliyyətinə malik olduğu göstərilir. Lakin reallıqda bu kranlar 7 tondan artıq yük qaldıra bilmir. Belə aydın olur ki, QSC rəhbərliyi büdcədən ayrılan puldan 25 ton yükgötürmə qabiliyyətinə malik olan “kranlar” almaq üçün lazım olan məbləği götürür, lakin 7 ton yükgötürmə qabiliyyətinə malik texnika alaraq, pulları mənimsəyir. Sənədlər və pulun hara xərcləndiyini təsdiqləyən aktlar yerindədir, yerində olmayan alınan texnikanın keyfiyyəti və həcmidir.
Zaur Hüseynov yeraltı dünyada daha necə pul qazanır?
Metroda hər birimizin qarşılaşdığı adi hallardan biri də qatarların intervalında fasilələrin yaranmasıdır. İlk baxıçdan texniki problem kimi görünən bunun əsas səbəbi məhz maxinasiyadır. Çünki metronun təchizat işi qaydasında həyata keçirilərsə, belə intervallar da yaranmamalıdır. Z.Hüseynov isə daha keyfiyyətsiz materialları dəyərindən baha qiymətə aktlaşdırmaqla, təchizatda problemlərin yaranmasına səbəb olur, nəticədə intervallar, yaxud qatarın tunellərdə qalması kimi hallar yaşanır.
Bununla yanaşı, sərnişin daşımada qazanılan gəlirlər də yoxa çıxır. Belə ki, hər gün orta hesabla 600 min nəfər metrodan istifadə edir. Bu rəqəmi 30 qəpiyə vurduqda fantastik məbləğ ortaya çıxır. Maraqlıdır ki, bu qədər gəlirə baxmayaraq, “Bakı Metropoliten” QSC hər il dövlət büdcəsindən subsidiya alır.
Zaur Hüseynovun yeraltından sərvəti necə qazandığını bu cür sıralamaq olar:
– Metrostansiyalarında məhdud sayda olan ticarət obyektlərindən alınan yüksək haqq.
– Texnikaların alınmasında şişirdilmiş qiymətlərin aktlaşdırılması;
– Reklamlardan gələn gəlirlərin “yoxa çıxarılması” və sairə;
Bu siyahını uzatmaq da olar. Lakin bu günlərdə Zaur Hüseynovun özünün və ailə üzvlərinin bahalı həyat tərzi, lüks avtomobilləri haqda yayılan məlumatlar hər şeyi ifadə edir.
Onu da qeyd edək ki, Zaur Hüseynovun Mərdəkanda 1,5 milyon manat dəyərində villasının olduğu haqda da məlumatlar var. Bununla yanaşı, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Yaşıl Məkan” restoranının da “Bakı Metropoliten” QSC-nin sədrinə məxsus olduğu deyilir. Bu istiqamətdə araşdırmalarımız davam edəcək…/demokrat.az/
Oxşar Xəbərlər
Bakı metrosunda gediş haqqı artırılır? –
Metroda gediş haqqı artırılır? - Tarif Şurasından AÇIQLAMA
Metroda problem: Qatar tuneldə qaldı
"Sərnişinləri hər an qarşılamağa hazırıq" -
Xəbər lenti
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...