Sabahın hava proqnozu: 22 dərəcə isti

Milli Hidrometeorologiya Xidməti oktyabrın 16-da gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
Sozcu.info  xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti.
Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}