“Planet Parni iz Baku” qayıdır “Rüşvətxor, korrupsioner məmurları...“

“Planet Parni iz Baku” KVN komandasının üzvləri “Maskalı yubiley" adlı yeni solo konsertə hazırlaşırlar. 
Bu barədə Sozcu.info-a teatrın rəhbəri, Əməkdar artist Tahir İmanov məlumat verib.
O, komanda üzvlərinin karyeraları tarixində ilk dəfə bir gündə iki konsert verəcəyini açıqlayıb:
“Noyabrın 26-sı, 27-si, 28-i və dekabrın 4-ü, 5-i olacaq yeni konsertimizə hazırlaşırıq. Məşqlər tam sürətlə davam edir. Konsertdə bir gündə iki dəfə çıxış edəcəyik. Bizim üçün bunun heç bir çətinliyi yoxdur. İnşallah, hər şey yaxşı olacaq, hər şey yüksək səviyyədə təşkil ediləcək. Təki iş olsun, səhnələrə geri qayıdaq”.
Aktyor “Planet Parni iz Baku” komandasının yumor prinsiplərinə sadiq qalacağını qeyd edib:
“Biz bu dəfə tamamilə korrupsioner, rüşvətxor məmurları hədəfə alacağıq  deməzdim. Amma “Planet Parni iz Baku” həmişəki kimi öz prinsiplərinə sadiq qalaraq cəmiyyətimizdə baş verən bəzi neqativ halları yumor prizmasından işıqlandıracaq. Bu dəfə biz daha çox pandemiya dövründə baş verən komik hadisələrə vaxt ayıracağıq. “Planet Parni iz Baku”nun tənqid hədəfinə çevrilənləri konsertə dəvət etmə ənənəsi bu konsertdə də davam edəcək”.
Qeyd edək ki, bir müddət əvvəl səhnədən gedəcəyi ilə bağlı açıqlama verərək “Ömrümün sonuna kimi KVN oynayası deyiləm ki?” deyən Əməkdar artist Bəhram Bağırzadə də konsertdə iştirak edəcək.


Oxşar Xəbərlər

Xəbər lenti