“Xaricdə koronavirusdan sağalan məşhurlar donor olur, bizdə isə...” - Psixoloqdan açıqlama

 

Bir neçə gün öncə azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxduğu barədə xəbərlər yayılmışdı. Belə ki, əməkdar artistin xəstəxanaya yerləşdirildiyi, ondan götürülmüş koronavirus testinin nəticəsinin pozitiv çıxdığı bildirilirdi.

Yayılan xəbərlər barədə B.Bağırzadə səssiz qalsa da, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov musavat.com-a açıqlamasında demişdi ki, əməkdar artist ilə bağlı məlumatı yayan həkimlərə halallıq vermir: "Bəhram bəy ilə danışdım. Bəhram Bağırzadə və kollektivimiz adından danışıram. Biz bu məlumatı yayan həkimlərə halallıq vermirik. Bu məlumatı yayan sayta da halallıq vermirik. Bu xəbəri yaymamışdan öncə Bəhramın yaşlı anasını, bacısını düşünsünlər”. 

Koronavirusa yoluxduğu deyilən Bəhram Bağırzadə isə haqqında yayılan məlumatlara saatlar sonra reaksiya verib. O, virusa yoluxduğunu təkzib edib: "Səhranın bəyaz günəşi” filmindəki ifadəni xatırlayırsınız? Bax, indi mənə öz ölkəmə görə ayıb deyil, çünki ana və vətəni seçmirsən, normal adam, qadın, ya kişi fərqi yoxdur, vətənini sadəcə sevir və onun problemlərinə görə ürəyi yanır. Mən, artıq bundan sonra böyük təəssüflə keçmiş adlandıracağım bəzi dostlarım və vətəndaşlarımıza görə utanıram. Əsl dost nə edir? O, gəlib kömək edir, əgər gələ də bilmirsə, heç olmasa, zəng edib, dəstəyini ifadə edir. Bəs, əsl dost səni diri-diri basdırıb, camaatı dəqiq ünvan və vaxt göstərməklə, cümə axşamı yas məclisinə dəvət edirsə? Adamın temperaturunun qalxması hökmən onun koronavirusa yoluxduğu demək deyil ki... Ya əgər, mənim beşinci nöqtəmdə civzə çıxıbsa, bu, o demək deyil ki, məndə zöhrəvi xəstəlik var. Bu assosiativ sıranı uzada bilərəm, amma ehtiyac yoxdur".

1591520360391_J3B43hlx.jpeg (74 KB)

O, COVID-19 diaqnozuna görə gizli danışıqlar apardığı barədə iddialara sərt reaksiya verib: "Məni "o dünyaya göndərənləri” bağışlayıram. Amma mənə korona ilə bağlı mifoloji müqavilələrə qoşulduğumu deyənləri yox! Mən reklamda çəkilə bilərəm, çünki aktyoram və bu da peşəmin bir parçasıdır. Mən birbaşa efirlər apara bilərəm, çünki bu da peşəmin bir parçasıdır. Lakin mən, fərqi yoxdur, taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram. Bunu mənə yaxmağa çalışanların ata, ana, bacıları ola bilsin ki, bu yolla pul qazanırlar. Bu, onların seçimidir və əgər doğrudan da, belə edirlərsə, mənim onlara yazığım gəlir. Mən minlərlə həyatı aparan ölüm və xəstəlik yayan heç bir şeylə alver edə bilmərəm. Bu, mənim şüurlu seçimimdir.

Mənə dəstək verən hər bir kəsə "sağ ol” deyirəm. Xüsusilə də, öz əsl simasını göstərənlərə... Allaha minnətdaram ki, o bir daha yeni sabahların açılması üçün önümü açdı. Hamıya möhkəm can sağlığı və səbir arzu edirəm".

Bəziləri onun həqiqətən xəstəliyə yoluxduğunu, bəziləri isə koronavirus adı ilə özünü reklam etdiyi bildirib. Çünki dünyaca məşhur simalar koronavirusa yoluxduğunu çəkinmədən açıqlayır. Hətta, onlar xəstələr üçün donor olmaq istədiklərini də bildirirlər.

Bəs, Azərbaycanda xəstələr, əsasən də məşhurlar koronavirusa  yoluxduqlarını niyə gizlədirlər? Həqiqətən də cəmiyyət virusa yoluxanlara psixoloji təzyiq edir?

93157599_745998389270148_1533705840417046528_n.jpg (46 KB)

Musavat.com mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızının fikirlərini öyrənib: "Koronavirus insanları təşvişə salan virusdur. Koronavirusdan ölmək də adi ölümlər kimi deyil. Bu virusa tutulmuş şəxsin ətrafında olan, görüşdüyü hər kəs izolyasiya olmalıdır. Bir də insanlar virusdan qorxduğu üçün xəstəlikdən sağalmış adamlardan da ehtiyat edir. Onlar virusa yoluxmaq qorxusu ilə ünsiyyəti kəsirlər. Bu da xəstəlikdən sağalmış şəxslərə psixoloji təsir edir. Və ya yaxını koronavirusdan vəfat edən insan həm yaxınının itkisinə üzülür, həm də cəmiyyətin ona göstərəcəyi münasibətdən narahat olur.

Bir həkim kimi demək istəyirəm ki, insanlar maksimum dərəcədə çalışmalıdırlar ki, özlərini xəstəlikdən qorusunlar. Amma cəmiyyət xəstəlikdən sağalan insanlardan qaçmamalı, onlara ögey münasibət bəsləməməlidirlər. Xaricdə koronavirusdan sağalan məşhurlar donor olur. Bizdə isə nəinki məşhurlar, adi insanlar da açıqlamağa qorxur”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}