ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Qara xəbərlər”i media hansı formada təqdim etsin - peşəkarlar yol göstərir
Son günlər İmişlidəki məlum hadisə ilə bağlı həm sosial şəbəkədə, həm də peşəkar mediada, ayrı-ayrı platformalarda müzakirələr gedir. Lakin bir başqa müzakirə də ondan ibarətdir ki, bu cür məlumatlar mediada geniş şəkildə yayılmasın, verilməsin, müəyyən çərçivədə olsun. İctimai müzakirələrdə təklif olunur ki, media analoji xəbərləri senzura etsin. Bir qisim bu cür müzakirələri mediaya basqı kimi qiymətləndirir, digəri isə bunu normal yanaşma olduğunu qeyd edirlər.
Əslində müasir dünyada da tendensiya var ki, neqativ, xüsusən də intihar, zorlanma, avtoqəzalar kimi cəmiyyətin əhvalını korlayan, onu mənfi emosiyalarla yükləyən məlumatlar mediada o qədər də işıqlandırılmasın. Avropa mediası buna xeyli əməl edir, amma Azərbaycanda, əksinə, hadisənin ictimailəşdirilməsi, günlərlə müzakirə edilməsi dəbdir.
Qeyd edək ki, noyabrın 2-də MTRŞ sədri İsmət Səttarov bu məsələ ilə bağlı televiziya rəhbərlərini yığıb, diskussiya aparıb və bildirib ki, bu tip xəbərlərin çox verilməsi məqsədəuyğun deyil. Həmçinin qeyd edib ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyini efirdə açıq şəkildə yayılması yanlışdır:
“Azərbaycan və ümumən digər ölkələrdə jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapmışdır ki, uşaqlar cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, efirdə onların anonimliyi qorunmalı, proqramlarda hadisələr təqdim olunduqda şəxsi toxunulmazılıq ilə bağlı tələbələrə əməl olunmalıdır - üz göstərilməməli, ad və soyad dəyişdirilməli, zərərçəkənin tanınması və bununla da əlavə psixoloji təzyiqə məruz qalmaması üçün lazımi tədbirlər görülməlidir. Baş vermiş hadisənin ümumi və ya birtərəfli şərh olunması, zərərçəkmiş uşaqlardan müsahibə alınması, subyektiv fikir yürüdülməsi, hadisə ətrafında sosial şəbəkələrdə gedən müzakirələrin ümumölkə efirinə daşınması yolverilməzdir”.
Bəs medianın tanınmış simaları bu haqda nə düşünür?
Neqativ xəbərləri media ictimailəşdirsinmi? Məsələn, intihar, ağır avtoqəza, zorlama, sui-qəsd və s. bu tip informasiyalar medianın gündəmində aparıcı mövzu kimi olmalıdırmı?
“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan məsələyə bu cür mövqe bildirdi:
“Neqativ xəbərlərin mətbuatda geniş yayılmasının qarşısını almaq mümkün deyil. Biz yazmasaq, sosial şəbəkələrdə müzakirə olunacaq, yayılacaq. Xəbəri gizlətmək, ört-basdır eləmək dövrü keçib. Mən jurnalist kimi, vətəndaş kimi intihar, avtoqəza, zorlama, sui-qəsd və s. bu tip informasiyaların çox yayılmasının əleyhinəyəm. Bəzi Avropa ölkələri məsələni həll edib. Media bu cür məlumatları ya vermir, ya da çox az yer ayırır. Bizim kimi manşetə daşımır, günlərlə dartışmır. Qərb mediası daha çox ”Oldu-bitdi!" prinsipi ilə işləyir. Azərbaycanda da buna təşəbbüslər olur, amma bizdə alınmır. Cəmiyyət olaraq neqativə, ağrı-acı yaşamağa meylliyik. Ürəyimiz gedir bəd xəbərdən ötrü. Toyda muğama qulaq asıb ağlayan cəmiyyətik. Xəstəxanadan çıxan kimi həkimin yazdığı resepti, qızdırmasını ölçən kimi termometrin şəklini feysbuka qoyub, ağlaşma quranlarla, özündən başqa kimsəni maraqlandırmayan məişət “dərdini” dəvə kimi minib üstümüzə sürənlərlə çətindir. Əksəriyyət neqativ xəbər istəyir, tələb edir. Kimsə deməsin ki, dərdimiz çoxdur, millətin günü ağır keçir və s. Əsla, onunla bağlı deyil. Bu, tarixdən gələn, millətin genetik kodu və yaşam tərzi ilə əlaqədardır. Savaşlara, dinlərə, folklora, tarixə, bu günə, hətta qəhrəmanlığa yanaşmada bu ağlaşma ənənəsinə sadiqliyi qoruyub saxlayırıq".
Azər Ayxan: “Neqativ xəbərləri gərəyindən artıq yaymaq pis əməllərin şüuraltı təbliğatına işləyir”
Azər Ayxan qeyd edib ki, neqativ məlumatların mətbuatda işıqlandırılması yönündə keçirilən diskussiyaları, müzakirələri media azadlığına qarşı addım adlandırmaq isə doğru yanaşma deyil: “Ya məlumatsızlıqdan irəli gəlir, ya qərəzdən. İctimai müzakirələr niyə media azadlığını pozmaq kimi qiymətləndirilsin? Tutaq ki, azyaşlı qızın atalığı tərəfindən zorlanmasını aidiyyəti qurumlar öz aralarında müzakirə etsə, həm yaranmış problemlə bağlı addımlar atsalar, həm də gələcəkdə bu halların qarşısının alınması üçün təkliflər hazırlasalar daha yaxşı olmazmı? İctimai basqı, sosial şəbəkə hay-küyü bəzən dövlət qurumlarını lazımi anda adekvat tədbirlər görməkdən yayındırır. Bu hadisə mənim, sənin, onun həyatını, gündəmini niyə işğal eləsin ki?! Hansısa valideynin ailəsi, övladları ilə maraqlanmaması, eyş-işrətə aludəçiliyi bu cür acı nəticələrə gətirib çıxarır. Ailələrin günahının, valideynlərin məsuliyyətsizliyinin altını sonda xalq olaraq hamı çəkir. Bir ailədə baş verən neqativ olayı cəmiyyətin, dövlətin ayağına yazmaq, bunu günlərlə müzakirə etmək əslində o cür halları şüuraltı təbliğ etməyə bərabərdir.
Avropa neqativ xəbərçilikdən həm də buna görə imtina edir ki, bunu yaymaq, günlərlə müzakirə etmək bilincaltı təbliğata gətirib çıxarır. Dəlinin yadına daş salır. Cəmiyyəti mənfi yüklü xəbərlərdən uzaq tutmaq lazımdır. Bu, insanları daha vacib mövzulardan, hədəflərdən yayındırır".
Qulu Məhərrəmli: “Media neqativ xəbərləri verə bilər, amma neqativ xəbərlərin üzərində siyasət qura bilməz”
Tanınmış media eksperti, professor Qulu Məhərrəmli isə qeyd etdi ki, media neqativ xəbərləri verə bilər, amma neqativ xəbərlərin üzərində siyasət qura bilməz:
“Çox təəssüf ki, bizim saytlarda neqativ xəbərlər həddindən artıq çoxdur. Kriminal, oğurluq, zorlama, zorakılıq və sairə. Müşahidə edirik ki, bütün media bunun üstündədir. Məsələn, media, xüsusən də ənənəvi medianın İmişlidə olan hadisəni bu qədər geniş yayması doğru deyil. Bu, psixi pozuntusu olan bir adamın törətdiyi davranış, cinayət hərəkətidir. Bunun ətrafında bu qədər hay-küy qaldırmaq yanlışdır. Çünki bu, yayılmış, xarakterik hadisə deyil. Elə hadisə var ki, onları işıqlandırmağımız daha çox ziyan verir nəinki işıqlandırmamaq. Ona görə də diqqətli, həssas olmalı, xəbərləri seçəndə peşəkar yanaşmalı, onları xeyli götür-qoy etməliyik.
Yəni tamamilə nöqsanların, neqativlərin üstündə siyasət qurmalı deyilik. Çox təəssüf ki, saytlar, digər media platformaları İP, oxucu toplamaq üçün bunlardan istifadə edir. Vaxtilə bizim özəl televiziyalar yalnız bununla bağlı verilişlər, müzakirələr aparırdılar ki, tamaşaçı auditoriyası toplasınlar. Bu cür yanaşma yanlışdır. Özünə hörmət edən media qurumu, sayt bu cür məlumatları verərkən çox diqqətli olmalıdır. Biz daha çox nəyin cəmiyyətə fayda, nəyin zərər verəcəyini dəqiq ölçüb-biçməliyik. Bunun üçün də peşəkarlıq, yaxşı redaktor intuisiyası olmalıdır. Ona görə də ictimai maraqlardan çıxış edən medianın peşəkar davranması çox önəmlidir".
Sosioloq Əhməd Qəşəmoğlu da qeyd etdi ki, informasiya ilə çox ehtiyatlı işləmək lazımdır:
“Çünki insanın davranışına təsir edən dörd mühüm amil var: şəxsi keyfiyyətlər, mühit, aldığı informasiya və üstünlük verdiyi dəyərlər. Beləliklə, informasiyanın bu cür yayılması elə mühitə, dəyərlərə, insanın şəxsi keyfiyyətlərinə də təsir edir. Çünki elə informasiyalar var ki, onlar insandakı neqativ xüsusiyyətləri bloklayır, onun inkişaf etməsinə imkan vermir, eləsi də var ki, əksinə. Ona görə də informasiya ilə işləmək mədəniyyəti sahəsində xeyli işlər görməliyik.
Əhməd Qəşəmoğlu: “İndi nə qədər atalığı olan qızlar qorxu içində yaşayır”
İndiki vaxtda aydındır ki, neqativ xarakterli informasiyaların cəmiyyətdə çoxalması birmənalı olaraq, heç bir şübhə etmədən cəmiyyətimizə pis təsir edir. İndi valeologiya adlı elm sahəsi inkişaf etməkdədir. Bu, informasiyaların, sözlərin, müxtəlif hərflərin ailədə, cəmiyyətdə yaratdığı energetikanı öyrənir. Bununla bağlı kifayət qədər maraqlı nəticələr var. Belə şeylər insanlara aldığı informasiyalara görə təsir edir, davranışlarında çox xoşagəlməyən təsiri olur. Əlbəttə ki, ölkədə hər psixologiyada insan var. Hər psixologiya da informasiyaları yalnız jurnalistlərin nəzərdə tutduğu demokratik dəyərlərə uyğun olaraq qəbul etmir. Müxtəlif şəkildə qəbul edir və bu da xoşagəlməz nəticələr yaradır.
Məlum olduğu kimi, İmişlidə çox axmaq bir hadisə baş verib. Bu, artıq bir nümunə kimi olacaq. Bəzən bununla bağlı araşdırmalar aparır, müzakirələr edirəm. İnsanlar deyir ki, belə şeyləri eşidəndə bu onlara pis təsir edir. İndi bu xəbəri eşidən azyaşlı qızlar evdə atalıqlarından qorxacaq. Nəinki qorxacaq, başqa gözlə baxa bilər və bu çox pisdir.
Ona görə də bir daha qeyd edirəm ki, belə hadisələri bu şəkildə hallandırmaq olmaz. Arzu edirəm ki, gələcəkdə Azərbaycan mühitində yeni bir mövzu gündəmə gətirək - informasiyadan istifadə mədəniyyəti".
Oxşar Xəbərlər
MTRŞ sədri televiziyaları tənqid edib
Azərbaycan mediası: mövcud reallıqlar və problemlər – Nə etməliyik? / I hissə
Əflatun Amaşov: Savadı olmayanlar da onlayn mediada meydan tapıblar
Azərbaycanda referendum təklif olunur
Xəbər lenti
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır