KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Hökumət böyük özəlləşməyə niyə getmir?
Dövlət iri şirkətləri öz əlində saxlamaqla, onlarda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın təmin olunması yolu ilə gəlirlərini artırmaq niyyətindədir
Uzun müddətdir Azərbaycanda iri dövlət müəssisələrinin özəlləşdirilməsi yerli və xarici ekspertlər tərəfindən müntəzəm olaraq gündəmə gətirilir. Onlar dövlətin rolunun azaldılmasını iqtisadiyyatın inkişafının əsas yollarından biri hesab edirlər. Bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də böyük özəlləşdirmə ilə bağlı məsələ qaldırıb. Deputat deyib ki, daxili dövlət borcları ilə bağlı ödəniş 232 milyondan çoxdur: “Xarici dövlət borclarını başa düşmək olar. Daxildə isə borclanmanı qiymətli kağızlar bazarına töhfə verəcəyi ilə əlaqələndirmək nəticə verə bilməz. Dövlət müəssisələrindən vergi daxilolmalarının miqdarı çox azdır. Necə olur ki, özəl müəssisələrdən daxilolmalar çox olur, amma dövlət müəssisələrindən daxilolmalar az olur? Ona görə də düşünürəm ki, bu qurumlar özəlləşdirilməlidir. Bu islahatlar dərinləşdirilməlidir. Böyük islahatlara ehtiyac var. Mütləq böyük özəlləşdirməyə getmək lazımdır ki, iqtisadiyyatda rəqabət mühiti güclənsin”.
Dövlət böyük özəlləşdirməyə niyə getmir? Burada iqtisadi müstəqilliyin zəifləməsi, xarici kapitaldan asılılığın yaranması ehtimalı nə qədər rol oynayır?
Xatırladaq ki, bu ilin fevralında Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında iri dövlət müəssisələrinin özəlləşdirilməsi perspektivi barədə danışıb. Bildirib ki, İnvestisiya Holdinqinin nəyə görə yarandığını hamı bilir: “Bu mənim fərmanımda da qeyd edilib ki, idarəetmə sistemini təkmilləşdirmək üçündür. Dövlət şirkətlərində idarəetmə sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur”.
Prezidentin sözlərinə görə, demək olar ki, hazırda heç bir dövlət şirkəti özünü təmin edə bilmir:
“Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir. Bunun üçün məşvərət şuraları yaradılır, orada hökumətin nümayəndələri təmsil olunur ki, nəzarətsizlik olmasın, pullar hədər xərclənməsin. Bu gün dövlət şirkətləri əsasən dövlətin boynunda olan böyük bir yükdür. Hətta Dövlət Neft Şirkəti belə, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir. O da bu yaxınlara qədər dövlətdən qazlaşdırma üçün dotasiya alırdı. Bu belə davam edə bilməz. Təbii ki, bir neçə istisnalar var. Əksəriyyəti isə səmərəsizdir. Həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından kim yeni qaydalarla şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb olunacaq”.
Prezident qeyd edib ki, 2021-ci ildə iri dövlət şirkətlərinin özəlləşdirilməsi məsələsi ilə bağlı ciddi addımların atılması gözlənilmir:
“Ən azından 2021-ci il üçün bu dəqiq olmayacaq. Lakin bəzi dövlət şirkətlərinin müəyyən iş sahələri özəl kapital hesabına inkişaf etməlidir. İlk növbədə enerji sahəsini qeyd etmək istəyirəm. Biz özəl investisiyalar üçün bu sahəni açmışıq”.
Rəsmi məlumata əsasən bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib və 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili və 145-i nəqliyyat vasitəsidir. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,02 milyon manat təşkil edib və 9 aylıq proqnoz 78,1 faiz icra edilib.
Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə verdiyi rəydən aydın olur ki, 2022-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 114 milyon manat məbləğində nəzərdə tutulub. Bu, 2020-ci ilin müvafiq icra göstəricisindən 52,5 milyon manat və ya 85,4 faiz , 2021- ci ilin proqnoz göstəricisindən isə 3 milyon manat və ya 2,7 faiz çoxdur. Özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqların məbləği 2020-ci ilin əvvəlinə 4 milyon 408,5 min manat olub. 2020- ci il ərzində kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlər üzrə 7050,9 min manat, səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışı üzrə 24,9 min manat, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışı üzrə 2656,0 min manat artıb, investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışı üzrə isə 97,5 min manat azalma hesabına ümumilikdə 9 milyon 634,4 min manat artaraq 2021-ci ilin əvvəlinə 14 milyon 42,9 min manata çatıb. Palata qeyd edir ki, Azərbaycan Prezidentinin 2021-ci il 29 oktyabr tarixli sərəncamı ilə bir sıra hüquqi şəxslər özəlləşdirməyə açıq elan edilib, bu da növbəti il üçün bu mənbə üzrə proqnozlaşdırılmış daxilolmaların reallaşdırılmasına şərait yaradacaq. Xatırladaq ki, sərəncama əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələri və balansında olan obyektlər özəlləşdiriləcək. Özəlləşdirməyə açılan 7 müəssisə Beynəlxalq Bankdan alınan kreditlər hesabına yaradılan, yaxud yenidən qurulan iri müəssisələrdir. Onlar əvvəlcə “Aqrarkredit” QSC-nin tabeliyinə verildilər, daha sonra isə ASK-yə dövr edildilər. Bəzi məlumatlara görə, “ASK Şüşə” MMC, “ASK Ayaqqabı Fabriki” MMC, “Azəripək” MMC, “ASK Tekstil” MMC, “ASK İzolit” MMC, “ASK Şəki SES” MMC və “ASK Şəki Şərab” MMC bir neçə dəfə ləğv edilərək yenidən formalaşdırılan zaman onlara məxsus əmlak və vəsaitlərin həcmi kəskin azalıb. Bir vaxtlar işlək olan, gəlir əldə edən müəssisələrin bir çoxu hazırda faktiki olaraq fəaliyyətini dayandırmış vəziyyətdədir. Bu baxımdan, onların özəlləşməsindən dövlət büdcəsinə irihəcmli vəsaitlərin daxil olması gözlənilmir.
Hesablama Palatasının rəyinə əsasən, dövlət büdcəsi səhmlərində dövlətin payı olan müəssisələrdən gözlənildiyindən xeyli az dvident əldə edir. Belə ki, bu müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmaların 2022-ci ildə 106,5 milyon manat təşkil edəcəyi nəzərdə tutulub. Bu, 2021-ci ilin müvafiq göstəricisindən 61,6 milyon manat azdır. Azalmanın əsas səbəbləri Azərbaycan Beynəlxalq Bankı ASC üzrə (20 milyon manat) və iri dövlət müəssisələri üzrə (41milyon manat) proqnozun azaldılması, "Aqrarkredit" QSC BOKT, "Azərlotereya" ASC və "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC üzrə dividenddən dövlət büdcəsinə daxilolmanın proqnozlaşdırılmaması ilə bağlıdır. 2021-ci ildə iri dövlət şirkətlərindən alınacaq dividendlər 5 şirkət (ARDNŞ, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC) üzrə nəzərdə tutulduğu halda, cari ilin 8 ayında bu mənbədən dövlət büdcəsinə vəsait daxil olmayıb, 2022-ci ilin büdcə layihəsində yalnız "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5000,0 min manat nəzərdə tutulub. Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2021-ci ilin ötən dövrü ərzində 122 milyon 44 min manat məbləğində vəsait daxil olub ki, bunun da 120 milyon 844 min manatı Azərbaycan Beynəlxalq Bankı ASC, 200 min manatı "Aqrarkredit" QSC BOKT, 1 milyon manatı isə "Azərlotereya" ASC tərəfindən dövlət büdcəsinə ödənilib. "Azər Türk Bank" ASC, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC və iri dövlət şirkətləri tərəfindən dividend ödənişi həyata keçirilməyib: “Ümumiyyətlə bu istiqamət üzrə məlumatların təhlili bir çox dövlət müəssisəsinin dövlət büdcəsinə dividend ödənişində maraqlı olmamasını göstərir. Belə ki, həmin müəssisələrdən bəzilərinin əvvəlki illərdə maliyyə hesabatlarına baxdıqda xalis mənfəət əldə olunmasına baxmayaraq, həmin dövr üzrə dövlət büdcəsinin gəlirlərin bu mənbəsi üzrə daxilolmanın formalaşdırılmasında heç bir paya sahib olmayıblar”.
Göründüyü kimi, dövlət iri şirkətləri öz əlində saxlamaqla, onlarda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın təmin olunması yolu ilə gəlirlərini artırmaq niyyətindədir. Maliyyə naziri Samir Şərifov da Milli Məclisdəki büdcə müzakirələri zamanı indiki mərhələdə əsas məqsədin iri dövlət şirkətlərində şəffaflıq və təkmil idarəetmənin formalaşdırılması olduğunu bildirib. Lakin 2022-ci ildə iri dövlət şirkətlərinin dvident ödənişlərində nəinki artım gözlənilmir, əksinə, azalma baş verəcək. Bu isə hələlik Azərbaycan İnvestisiya Holdinqinin və onun timsalında dövlətin qarşısına qoyulan məqsədlərə çatmadığını göstərir.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, iri dövlət şirkətlərinin özəlləşdirilməsi üçün Azərbaycan bir sıra beynəlxalq öhdəliklər yaradan addımlar atmalıdır: “Dövlət bir sıra müəssisələrin özəlləşdirilməsini, yəqin ki, istəyər. Lakin bunu icra etmək üçün bir sıra çatışmazlıqlar aradan qaldırılmalıdır. İlk növbədə məhkəmə sisteminə etimad yaradılmalı, sistem tam təzələnməlidir. Digər tərəfdən, iri xarici investorları cəlb etmək üçün beynəlxalq məhkəmələrə çıxış imkanı yaradan addımlar atılmalıdır. Ümumdünya Ticarət Təşkilatına üzvlük və sair belə addımlardandır”.
Oxşar Xəbərlər
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi qəbul ediləcək
Deputat təklif verdi:
Hesablama Palatası iki sosial dövlət fondunun gələnilki büdcəsinə rəy verib
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb
Xəbər lenti
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək