Fəxri adlar kimə veriləcək? - Nazir müavinindən açıqlama

"Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması işləri davam edir".
Sozcu.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, hazırda məsləhətləşmələr aparılır.
"Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu, ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin", - E.Əliyev vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti