6 ildən sonra cəsədi tapılan neftçi sabah dəfn ediləcək


“Dünən xəbəri bizə Su Nəqliyyatında Polis İdarəsi verdi. Bildirdilər ki, tapılan qalıqlar atama aiddir”.
Sozcu.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında 2015-ci ildə "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş neftçi Bəhmən Cəfərovun oğlu Bəhruz Cəfərov deyib.
Onun sözlərinə görə, atası 1987 -ci ildən “Neft Daşları”nda çalışıb və 2015-ci ildə faciəli şəkildə həlak olub.
B.Cəfərov atasının bədəninin çox hissəsinin suyun dərinliyində qaldığına görə yerində olduğunu qeyd edib:
“Əl, ayaq, qol nahiyəsində bəzi hissələr olmasa da, bədənin sinə hissəsi qalıb. Gün ərzində atamın cənazəsi bizə verilməlidir. Çatdıra bilsək, sabah Gədəbəy rayonunun Söyüdlü kəndində dəfn edəcəyik”.
Nəqliyyat idarəsində sürücü-operator vəzifəsində çalışmış Bəhmən Cəfərouvun iki övladı qalıb.
Ailədə iki uşağıq, bacım və mən. 6 ildir nələr yaşadığımızı bir Allah bilir. Dünən anam, mən və bacım xəbəri həyəcanla qarşıladıq. Dərdimiz təzələndi. Amma yenə də təsəllidir”.
Hələ də cəsədləri tapılmayan neftçilərin olduğunu bildirən Bəhruz Cəfərov onların ailələrinə səbr arzulayıb.
“Onlara və ailələrinə səbr arzulayıram. Təbii ki, çox çətindir, anlayırıq. Eyni dərdi yaşamışıq. İldən-ilə adamın ümid azalır, amma həyatdı, hər şey olur...”.


Oxşar Xəbərlər

Xəbər lenti