Bakıda daha bir məktəb distant tədrisə keçib

Bakıda 36 nömrəli tam orta məktəb distant tədrisə keçib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd edilib ki, məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 36 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}