Novruz bayramını Şuşada keçirmək istəyənlərin NƏZƏRİNƏ!

Mart ayında - Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reysləri hər gün həyata keçiriləcək.
Sozcu.info-un məlumatına görə, biletlər artıq satışa çıxarılıb.
Qeyd edilib ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı-Şuşa-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb. 
Bakı-Şuşa-Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.
Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}