10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanın uğurlu xarici siyasət kursu
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin öz işinə başlamasından artıq 2 il vaxt keçir. Xatırlatmaq lazımdır ki, Altıncı Çağırış Milli Məclisin ilk iclasında Cənab Prezident İlham Əliyev çıxış edərək bütün deputatları ürəkdən təbrik etmiş, onlara uğurlar arzulamışdı. Həmçinin dövlətimizin başçısı Beşinci Çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirərək Beşinci Çağırış Milli Məclisin, onun deputatlarının, rəhbərliyinin ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynadıqlarını, parlament tərəfindən qəbul edilmiş qanunların uğurlu inkişafımızın hüquqi bazasını gücləndirdiyini ifadə etmişdi: “Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı Çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır”.
Cənab Prezidentin çıxışı zamanı toxunduğu məsələlərdən biri də islahatlar siyasəti ilə bağlı idi. Təbii ki, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfə oldu. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nün namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdür. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur. Xüsusi olaraq bildirmək gərəklidir ki, İlham Əliyev cənablarının reallaşdırdığı kadr islahatları həm böyük maraqla izlənilir, həm də yüksək qiymətləndirilir.
Yaxın keçmişə nəzər salsaq görərik ki, 2019-cu ilin 23 dekabr tarixində Cənab Prezident jurnalistlərin suallarını cavablandırarkən aparılan kadr islahatlarını bu cür şərh edib: “Bu il bu sahədə görülmüş işlərlə yaddaqalan olub. Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Keçənilki prezident seçkilərindən sonra mənim andiçmə mərasimimdəki çıxışımda islahatların yeni mərhələsi elan edildi və biz bu islahatları ardıcıl şəkildə reallaşdırmağa başladıq, o cümlədən kadr islahatları ilə bağlı olan məsələlər öz həllinitapdı. Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir”. Əlbəttə, aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Məhz bu səbəbdən islahatların dərinləşməsi parlamentdən də yan keçmədi. Ölkə başçısının “Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır” sözləri Altıncı Çağırış Milli Məclisin həm rəhbərliyi, həm də deputatları tərəfindən yol xəritəsi olaraq qəbul edilməkdədir. Sevindirici haldır ki, geridə qalan iki il ərzində Altıncı Çağırış Milli Məclis hakimiyyətin qanunvericilik qolu olaraq üzərinə düşən funksiyaları uğurla həyata keçirib. Belə ki, Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də Altıncı Çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələrinə uyğun qurulması üçün zəruri tədbirlər görmüşdür. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə parlamentdə bir sıra islahatlar aparılmış, yeniliklər tətbiq edilmiş, qanunvericilik fəaliyyəti gücləndirilmiş, beynəlxalq əlaqələr, parlament diplomatiyası daha da inkişaf etdirilmiş, vətəndaşlarla iş, deputatların fəallığının artırılması, seçicilərlə iş, pandemiyaya qarşı mübarizə sahələrinə, müharibə dövründə və müharibədən sonra Vətən müharibəsi ilə əlaqədar işlərə xüsusi diqqət yetirilmişdir. 2022-ci ilin fevral ayında AVRONEST Parlament Assambleyası iclasında iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvanda göstərdikləri qətiyyətli mövqe parlament diplomatiyamızın qələbəsi idi. Qalib xalqın qalib deputatları kimi İrəvana başı dik gedib və o cür də qayıdan deputatlarımız “Dəmir yumruq” zərbəsinin ağırlığını düşmənə bir daha hiss etdirmiş oldular.
Müzəffər Ali Baş Komandanın Altıncı Çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitqində vurğuladığı əsas məqamlardan biri də sosial siyasətlə bağlı idi. Məlumdur ki, Azərbaycan sosial dövlətdir və ölkə başçısı tərəfindən atılan bütün addımlar bunu təsdiq edir. Statistik məlumatlar göstərir ki, 2019-cu ildə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edib.Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində cari ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində artım müşahidə olunub və bu, gələn il iqtisadiyyatımızın həmin artım mərhələsini davam etdirəcəyini proqnozlaşdırmağa imkan verir. Dövlət büdcəsində makroiqtisadi sabitliyin, zəruri təhlükəsizliyin və sosial şəraitin inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitləri böyük razılıq doğurur.
2022-ci ilin dövlət və icmal büdcəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb. O, qarşıda duran çağırışlara və ölkənin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənəd kimi qiymətləndirilir. Eləcə də işğaldan azad olunmuş ərazilərin sürətlə iqtisadiyyatımıza inteqrasiya olunması üçün büdcədə nəzərdə tutulan maliyyə vəsaiti olduqca müsbət rəy doğurur. Bu baxımdan 2022-ci ilin büdcəsində məhz işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi tamamilə obyektiv, önəmli və təqdirəlayiqdir və dövrün, zamanın çağırışlarına adekvatdır. Onu da deyək ki, 2022-ci ilin büdcə gəlirləri 26,8 milyard, xərcləri 29,9 milyard manata çatdırılıb. Bu da növbəti ildə ölkəmizin qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə, o cümlədən sosial təhlükəsizlik istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq. Nəzərdə tutulan büdcə gələn il sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızın sosial rifahının qorunub saxlanılmasına və yaxşılaşmasına imkan verəcək. Eləcə də 2022-ci ildə pensiyaların, müavinət və təqaüdlərin, ünvanlı sosial yardımın həcminin və digər sosial ödənişlərin artırılmasına, bir sözlə, vətəndaşların sosial rifahının daha yaxşı təmin olunmasına şərait yaradacaq. Bu il işsiz vətəndaşlarımızın böyük bir qrupunun özünüməşğulluqla təmin edilməsi mümkün olacaq. Belə ki, büdcədə 17 minə yaxın ailənin özünüməşğulluq proqramını maliyyələşdirmək üçün imkanlar var. Onların arasında əsas yeri şəhid ailələri, Qarabağ qaziləri və digər sosial müdafiəyə ehtiyacı olan insanlar tutacaq.Əlbəttə ki, Azərbaycanın sosial layihələrini öz hesabına reallaşdırması Prezident İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətli, cəsarətli qərarlarının göstəricisidir.
Cənab Ali Baş Komandanın məlum çıxışında gənclər siyasəti ilə bağlı söylədiyi fikirlər də xüsusi önəm daşıyır. Heç kimə sirr deyil ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.
2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. 2 fevral 2022-ci il tarixində Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlərin iştirak etməsi Cənab Prezidentin ölkə gənclərinə verdiyi yüksək qiyməti bir daha gözlər önünə sərdi. Müzəffər Ali Baş Komandan, Yenilməz Sərkərdə İlham Əliyevin 2003-cü ildən indiyə qədər həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycana dünya hərb tarixində misli görünməmiş qələbə qazandırdı. Məhz Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib.
Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyəsətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər.Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dinimüxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.
Deputat köməkçisi
Pərvin Mahmudov
Oxşar Xəbərlər
Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı ilə əlaqədar
Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir
Qazaxıstan parlamenti buraxılır – Növbədəbkənar seçkilər olacaq
VASİF TALIBOV DA NAXÇIVAN ALİ MƏCLİSİNİ BURAXDI
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…