8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru, mayor Araz Əsgərli bildirib ki, 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq:
"Vətəndaşlardan xahiş edirik ki, Silahı Qüvvələr günün qeyd olunması ilə əlaqədar keçiriləcək tədbiri nəzərə alıb, marşrutlar üzrə şəxsi minik avtomobillərindən istifadə etməsinlər. Tədbirin yüksək səviyyədə keçirilərək başa çatması üçün lazımı köməyi göstərsinlər".
DYP sözçüsü Bakıda keçiriləcək tədbirinin marşrutlarını açıqlayıb. O bildirib ki, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
"Heydər Əliyev sarayı - Bülbül prospekti
Nizami kinoteatri
Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
Neftçilər prospekti
- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti
- Parlament prospekti - Şəhidlər Xiyabanı;
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı Səməd Vurğun küçəsi
Neftçilər prospekti;
- Nərimanov heykəli Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.
Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:
- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);
- AzNeft dairəsindəki bayraq meydanında;
- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
- Zabitlər parkında;
- Koroğlu parkında;
- Fəvvarələr meydanında".