8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İstehlakçıların elektrik enerjisi alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulmasını müəyyən edən qaydalar Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunub. Bu qaydalar isə qüvvədə olan qanunvericiliyə, o cümlədən “Elektroenergetika haqqında” Qanuna əsaslanır. Ancaq bəzi hallarda yerli Elektrik Şəbəkəsi İdarələri Nazirlər Kabinetinin qərarına əməl etmirlər. Məsələn, İsmayıllı rayon Elektrik şəbəkəsinin vəzifəli şəxslərinin Nazirlər Kabinetinin qərarına əməl etmirlər. Belə ki, İsmayıllı rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslərindən olan Savalan Bahadır oğlu İbrahimovun qardaşı oğlu Fərid İbrahimlinin İsmayıllı rayon Talıstan kəndindəki fərdi evi qüvvədə olan qanun və qaydalara zidd şəkildə elektrik enerjisindən istifadə edirlər. Bütün bunların isə İsmayıllı rayon Elektrik Şəbəkəsinin sabiq rəisi Ruhin Məmmədov qeyri-rəsmi razılığı ilə mümkün olduğu qənaəti yaranıb. Çünki, Fərid İbrahimlinin adına olan sayğacın elektrik xəttinə qoşulmasına qanuni razılıq vermək İsmayıllı rayon Elektrik Şəbəkəsinin sabiq rəisi Ruhin Məmmədovun səlahiyyətləri xaricindədir. Sayğacın elektrik xəttinə qoşulması üçün müfaviq qurum tərəfindən verilmiş Texniki Şərtlərə malik olmalıdır. Redaksiyamıza daxil olan məlumata görə Fərid İbrahimlinin adına olan sayğacın elektrik xəttinə qoşulması üçün müfaviq qurum tərəfindən verilmiş Texniki Şərtlər mövcud deyil. Sadəcə olaraq yuxarıda qeyd elədimiz kimi qeyri-rəsmi razılıqlar əsasında Fərid İbrahimlinin adına olan sayğac elektrik xəttinə qoşulub. Bununla bağlı aidiyyatı qurumların, ilk növbədə isə İsmayıllı rayon Elektrik Şəbəkəsinin tabe olduğu Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq. Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyinin mövqeyini öyrəndikdən sonra Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin də mövqeyini öyrənməyə çalışacağıq. Çünki, Elektrik Şəbəkəsi İdarələri Nazirlər Kabinetinin qərarına riayyət etməmələri məzh Nazirlər Kabinetinin rəsmilərini narahat etməlidirlər. İsmayıllı rayon Elektrik Şəbəkəsinin Nazirlər Kabinetinin qərarına riayyət etməməsi Şəbəkənin və onun strukturuna daxil olduğu Azərişıq Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxslərinin vəzifə məsuliyyətin də gündəmə gətirir.
Sozcu.info