12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Almaniya və ABŞ-dan olan bir qrup tədqiqatçı koronavirusun laboratoriya şəraitində yaradıldığına dair sübutlar aşkar etdiklərini açıqlayıb.
Sozcu.info xəbər verir ki, bunu “NTV” telekanalına açıqlamasında araşdırmada iştirak edən alim Valentin Bruttel deyib.
“Araşdırmamızın nəticələri onu göstərir ki, bu virus 99,9% təbii virusun süni şəkildə yaradılmış surətidir”, - deyə Bruttel söyləyib.
Onun sözlərinə görə, o hələ 2021-ci ilin yayında “Sars-CoV-2”nin genomunda anomaliyalar müşahidə edib və həmin dövrdən etibarən onun mənşəyinin öyrənilməsində iştirak edib.
Bruttel əlavə edib ki, alimlər koronavirusun genomunda sintetik viruslar üçün xarakterik olan spesifik iz aşkar ediblər.
qafqazinfo.az