8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Ordumuzun qələbə qazandığı Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan, Prezident cənab İlham Əliyev tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə medallarla təltif olunan şəhidlərimiz Səmədli Elşən Bayram oğlu, Hüseynov İsabala Ceyhun oğlu və Qasımzadə Tahir Sərdar oğlun anım günlərində yad ediliblər.Sozcu.info xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilərlə birgə Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımızı ehtiramla anıblar. Sonra anım tədbiri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin əziz xatirəsinə açılmış ehsan süfrəsində davam edib.Anım tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.RİH başçısı Əziz Əzizov anım tədbirində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışıb, ölkəmizdə, o cümlədən Suraxanı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. RİH başçısı çıxışında vətənpərvərlik hissini, şəhidlik məqamını ucalıq, müqəddəslik rəmzi kimi səciyyələndirərək, şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu diqqətə çatdırıb. Həmçinin şəhidlərin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün həyata keçirilən tədbirlərdən bəhs edib.Milli Məclisin deputatı Afət xanım Həsənova və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində döyüş meydanında qazanılan qələbənin siyasi arenada da uğurla davam etdirildiyini vurğulayaraq bildiriblər ki, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.Həmçinin, Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulayıb, həyatlarının hər anında hiss etdikləri qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Sozcu.info