Kuryerin çantasından mumiya çıxdı: “Sevgilimdir”


Sozcu.info TRT Haber kanalına istinadla xəbər verir ki, Peru polisi hərəkətlərindən şübhələndiyi bir şəxsin çantasında mumiya aşkar edib.

Peru polisi Punodakı arxeoloji sahədə özünü şübhəli aparan bir kuryerin çantasında mumiya aşkar edib.

İzolyasiya edilmiş çantadan qədim mumiya çıxıb.

Çantanın sahibi cəsədi dostlarına göstərmək üçün çantasına qoyduğunu söyləyib.

“Xuanita” adını verdiyi mumiyanı evində, televizorun yanındakı qutuda saxladığını söyləyən adam, mumiyanı “bir növ ruhanu sevgilisi” kimi təqdim edib.

Polis 600-800 illik keçmişə və qadından daha çox kişiyə məxsus olduğu güman edilən mumiyanı müsadirə edərək Perunun Mədəniyyət Nazirliyinə təhvil verib.



Oxşar Xəbərlər

Xəbər lenti