27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“400-ə yaxın erməni məktəbi region ölkələrinin dillərinin tədrisində maraqlı olduğunu bildirib”.Sozcu.info "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentdə 2021-2026-cı illər üçün hökumət proqramı çərçivəsində 2022-ci illə bağlı hesabatı təqdim edərkən deyib.O xatırladıb ki, məktəblər könüllülük əsasında qonşu ölkələrin dillərinin öyrənilməsini öz kurrikulumlarına daxil edə bilərlər.Nazirin sözlərinə görə, məktəblərdə ən çox maraq türk dilinin tədrisinə olub."Hələlik həm türkcə, həm də azərbaycanca, farsca, gürcücə bu qədər müəllim tapmaq çətindir".O əlavə edib ki, güclü kadr çatışmazlığı məhz gürcü dilində müşahidə olunur.Nazir qeyd edib ki, idarə ibtidai siniflərdə türk və Azərbaycan dillərinin tədrisini məqsədəuyğun hesab etmir.