Səhhətindəki problemə görə Ərdoğanı vitse-prezident əvəz edəcək

“Ağır iş qrafikimlə bağlı efirdə yaşadığım yüngül narahatlığa görə öz arzu və dualarını çatdıran hər kəsə təşəkkür edirəm”.
Sozcu.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Tvitter səhifəsində yazıb.
O bildirib ki, bu gün həkimlərin məsləhəti əsasında evdə istirahət edəcək:
“Təəssüf ki, bu gün Kırıkkale, Yozqat və Sivasdan olan qardaşlarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqlarını halal etsinlər.
Kırıkkale, Yozqat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək.
Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik. Sevgili millətimizi “Türkiyə əsri” hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik.
Bu münasibətlə bütün vətəndaşlarıma cansağlığı, əmin-amanlıq və xoşbəxtlik arzulayıram”.
Qeyd edək ki, ötən gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal 7" və "Ölkə TV"nin birgə canlı yayımında gündəmi dəyərləndirərkən vəziyyəti ağırlaşıb.



Oxşar Xəbərlər

Xəbər lenti