Türkiyə ESTETİK CƏRRAHİYYƏDƏ lider ölkədir


Estetik dedikdə ilk ağıla gələn qadınların baxımlı görünmək həvəsi olur. Ona görə də proporsional olaraq estetik cərrahlara müraciət edən fərdlərin əksəriyyəti qadınlardır.  Estetik əməliyyatların digər əsas səbəbi sağlamlıq problemlərinə görə edilən estetik əməliyyatlardır.

  Xüsusilə ortayaş və ortayaş üstü yetkin insanların daha " yaxşı görünmə" məqsədilə müraciət etdikləri ilə bilinən plastik cərahiyyə mövzusu  bir çox səbəbdən gənclər tərəfindən də seçilir. 

Estetik  gözəl bir xarici görünüş və fərdin özündə bəyənmədiyi bir tərəfini cərrahi əməliyyatla düzəltdirib özgüvənli hiss etmənin bir yolu sayılır.

Plastik cərrahiyyədə uğurlu əməliyyatlar keçirən ulduzların həkimi Vüqar Ələkbərov “Estetik və Plastik cərrahiyyə həssas bir işdir”-deyir. 

Dr Vüqar Ələkbərov açıqlamasında bildirir ki,  ''Plastik cərrahiyyə istəyinin insandan insana dəyişən səbəbləri var.  Ən mühüm səbəblərdən biri də qadınların gözəl olmaq arzusudur.  Ətrafında daha gözəl qadın görmək və özündə bəyənmədiyi yerləri müəyyən etmək qadınları plastik əməliyyat etdirməyə sövq edən ən çox görülən səbəblər arasındadır.”

"We can make you look 20 years younger '' Sizi 20 yaş daha gənc göstərə bilərik başlığı ile xarici ve ölkə daxilindən müraciət edən insanlara sayısız uğurlu estetik əməliyyatları edən  Op.Dr Vüqar Aləkbərov  ''Türkiye estetik turizmi mövzusunda uğurlu və vacib çalışmalar ilə son 10 ildə dünyanın ən vacib ölkələri arasına girdi '' -dedi . 

Artıq Türkiyə beynəlxalq plastik cərrahiyyədə dünya brendinə çevrilib.

 Plastik, estetik və rekonstruktiv cərrah Dr.  Vüqar Ələkbərov "Türkiyə gözəllik cərrahiyyəsində dünyada ən çox seçilən ölkələr sırasındadır" dedi.  Ələkbərov bildirib ki, son illər Azərbaycanda plastik cərrahiyyə sahəsində yaxşı irəliləyiş var.

Türkiyənin beynəlxalq plastik cərrahiyyə bazarında əhəmiyyətli istinadları var.

 ''Dünyada marka halına gələn Türkiyədə estetik cərrahiyyə sektorunun güclənməsinin ən əhəmiyyətli səbəbləri müvəffəqiyyətli cərrahları, qiymət, xəstəxana keyfiyyəti və sektorun mütəxəssis insan resurslarının formalaşmasıdır''

Doğum estetikası, qapalı rinoplastika, bariatrik cərrahiyyədən sonra bədənin təkmilləşdirilməsi, üz gərmə, rekonstruktiv və mikrocərrahiyyə üzrə mütəxəssis olan doktor Vüqar Ələkbərov estetik əməliyyatların təkcə gözəllik üçün deyil, həm də sağlamlıq üçün çox vacib olduğunu bildirdi.  Ələkbərov qarın gərmə, sadə və ağrısız üz liftinqi və fərdi döş estetikası kimi özünəməxsus texnikaları ilə tanınır.Ələkbərov '' Estetik əməliyyatlar əks cins tərəfindən bəyənilmək üçün edilən cərrahi müdaxilə kimi qəbul edilsə də, bir cərrah olaraq deyə bilərəm ki, 'əsas məqsəd insanın özünü bəyənməsi və ondan razı qalmasıdır'.  Bundan başqa həmyaşıdları tərəfindən bəyənilmək hissi qadınların bəyəndiyi amillərdəndir və bu səbəblərdən plastik əməliyyatlara daha çox qadınlar üstünlük verir.

Dr. Ələkbərov " Estetik istəyən insanlar da həm iş həyatı, həm də ailə həyatında  özgüvənli, pozitiv olaraq ətrafına da müsbət təsir edən sağlıqlı bir həyat sürə bilirlər".

 Əsas odur ki, xəstə xoşbəxt olsun.

 "İnsanların özlərini yaxşı hiss etmələri, xoşbəxt olmaları, özlərini sevmələri və gündəlik həyatlarına müsbət təsir etdirmələri və nəticədə hər kəsin özünü yaxşı, hiss etdiyi şəkildə olması bizim ilhamımızdır."

Son illərdə kişilər də müxtəlif səbəblərdən estetik əməliyyatlara üstünlük verirlər.

 Dr. V. Ələkbərov, "Kişilər də xüsusilə saç əkimi, diş, döymə sildirmə tələbləri ilə estetik cərrahlara müraciət edirlər. Bu mövzu çox ön planda görülməsədə, məsələn şəxs qəza  nəticəsində bəzi orqanlarının fəaliyyətini itirməsi kimi səbəblərə görə estetiyə müraciət etməsi, ağır bir xəstəlik nəticəsində bədənin bəzi yerlərinin deformasiya uğraması və sağlığını təhdid edəcək şəkildə kilosunun olması, burun sümüyü nəfəs alma problemləri kimi səbəblər nəticəsində şəxs sağlıq problemləri ilə bağlı estetiyə müraciət edir"

Vüqar Ələkbərov '' Mənim hər ölkədən xəstələrim var, mənim üçün xəstənin hansı ölkədən olması önəmli deyil.  Bizi seçən və bizə güvənən hər kəsə eyni dərəcədə ən yaxşı xidməti təqdim etməyə çalışırıq.  Xəstə məmununiyyəti mənim üçün hər şeydən önəmlidir.Xəstələrimlə ilk dialoqu   özüm eləməyi sevirəm. O, çıxışını "mənim sosyal medya hesablarımdan asanlıqla əlaqə saxlanıla bilər"- deyərək  bitirdi.



Oxşar Xəbərlər

Xəbər lenti