Rusiya XİN-dən Paşinyanın KTMT ilə bağlı dediklərinə cavab

"Rusiya KTMT-nin fəaliyyətini yüksək səmərəli və bu istiqamətdə özünü doğrultmuş hesab edir".
Sozcu.info 
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə danışıb.
"Lakin strukturun fəaliyyətini qiymətləndirmək üçün hər bir ölkənin öz hüquqları və imkanları var. Biz vəziyyəti sakitləşdirmək üçün vasitələrdən istifadə edirik. Bütün səviyyələrdə danışıqlar aparılır, Moskvada Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşləri keçirilib, bu əlaqələr davam edir", - Zaxarova bildirib.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin fəaliyyətindən narazı olduğunu bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti