Putin və Zelenski Türkiyəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında olan telefon danışığının detalları açıqlanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
“Hürriyet” qəzetinin Ankara nümayəndəsi Hande Fıratın məlumatına görə, danışıq zamanı müzakirə olunan mövzular arasında F-16 qırıcı təyyarələri, İsveçin NATO üzvlüyü və s. olub.
Bildirilib ki, bir çox xarici dövlət başçıları şənbə günü keçiriləcək Ərdoğanın andiçmə mərasimində iştirak edəcəkləri barədə məlumat veriblər:
“Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə ayrıca və xüsusi səfər edəcək. Bundan əlavə Ukrayna Prezidenti Volodimir Zelenski də ayrıca və şəxsi səfər edəcək. Bu səfərlərdə müharibənin gedişatı, Türkiyənin vasitəçiliyi, “taxıl dəhlizi” kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}