Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycanda köhnə avtomobillərin idxalı zamanı ödəniləcək utilizasiya haqqının ilkin məbləğləri müəyyən edilib.
Sozcu.info xəbər verir ki, bu haqda “Təmiz Şəhər” ASC-nin eksperti Mirzə Lahıcov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zamanı danışıb.
O bildirib ki, 1-3 il istehsal müddəti olan avtomobillər üçün, ümumiyyətlə, utilizasiya haqqı nəzərdə tutulmayıb: “4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ ki, dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”.
qafqazinfo.az