12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
“İttifaq mayın 28-də sona çatdı”.Sozcuşinfo xəbər verir ki, bunu İYİ Partiyanın baş katibi Uğur Poyraz "Sözcü TV"yə müsahibəsində “Millət” İttifaqının taleyi barədə danışarkən deyib.O bildirib ki, İttifaq parlament və prezident seçkilərinə hesablanıb yaradılmışdı:“Bütün ittifaqlar seçkiyə görə yaradılır və seçki bitəndə bu müttəfiqlik başa çatır. Yəni mayın 14-də keçiriləcək ümumi seçkilər bitdi, İttifaq tamamlandı. Alyansa daxil olan partiyalar mayın 28-dək birgə prezidentliyə namizədimiz cənab Kılıçdaroğlunun ikinci turu uğrunda mübarizəsini dəstəklədilər və İttifaq mayın 28-də sona çatdı”.Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkilərindən əvvəl müxalifətdə təmsil olunan 6 partiya - Səadət Partiyası, CHP, İYİ Partiya, DEVA Partiyası, Gələcək Partiyası və və Demokrat Partiya birlikdə “Millət” ittifaqını yaratmış və seçkilərə bu alyansla qoşulmuşdular. Partiya liderlərinin tez-tez keçirdiyi iclaslara görə KİV-də İttifaqa "Altılı masa" adı verilmişdi.